“Toplanmış materiallar həm prokurorluq, həm də XİN xəttilə aidiyyatı beynəlxalq təşkilatların da diqqətinə çatdırılacaq ki, biz beynəlxalq ictimaiyyəti bu vəhşiliyi, bu vandalizm aktını qəti şəkildə pisləməyə çağırırıq”. SİA-nın verdiyi məlumata görə, bunu Gəncənin raket atəşinə tutulması ilə əlaqədar Azərbaycanın ikinci böyük şəhərinə gedən Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev söyləyib. “Beynəlxalq ictimaiyyəti baş vermiş bu hadisələrə adekvat cavab verməyə çağırırıq”, - o əlavə edib.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB