Məhəbbət İbrahimova: “İşğalçı Ermənistan üçün “humanitar” kəlməsi mövcud deyil” MÜNASİBƏT
“Artıq işğalçı, təcavüzkar və dövlət terroru siyasəti həyata keçirməkdə israrlı olduğunu açıq-aşkar, həyasızcasına göstərən Ermənistan özünün mənfur, cinayətkar mahiyyətini, qaniçənlik obrazını bir daha dinc sakinlərimizi öldürməklə, həyatlarına qəsd etməklə isbatladılar”.
Bu fikirləri SİA-ya YAP Nərimanov rayon təşkilatının Qadınlar Şurasının sədri Məhəbbət İbrahimova Gəncə, Mingəçevir və başqa dinc şəhərlərimizi raket atəşinə tutmaları, uşaq və qadınlarımızı öldürmələri, yaralamaları ilə bağlı fikirlərini şərh edərkən deyib.
“Bu mənfur vəhşilik Ermənistanın terror dövləti olmasını və heç bir insani-humanitar normalara hörmət etmədiyini bir daha göstərir, sübut edir”, deyən Məhəbbət İbrahimova əlavə edib ki, hətta Moskvada humanitar atəşkəs razılığının əldə olunmasından sonra düşmənin bütün qanunları pozan addıma rəvac verməsi artıq onun birdəfəlik yerinə oturdulmasına kifayət qədər zəmin yaradır: “Fakt budur ki, şanlı Azərbaycan Ordusunun Qarabağ cəbhəsində zəfər, qalibiyyət yürüşü qarşısında aciz və çarəsiz qalan Ermənistanın silahsız və dinc insanlara gecə yuxuda olarkən raketlə hücum etməsi Azərbaycan xalqının mübarizlik ruhunu sarsıtmadı, əksinə, daha da artırdı: "Bu hücum bir daha bütün dünyaya Azərbaycanın haqlı mübarizə apardığını, Ermənistanın müharibəni də ən qeyri-insani şəkildə apardığını açıq-aydın göstərir, isbatlayır və dəfələrlə sübuta yetirilib. İşğaçılar indi də öz güclərini dinc əhaliyə qarşı göstərməklə etiraf edirlər ki, onlar üçün “humanitar” kəlməsi, ümumiyətlə, mövcud deyil. Bu gün Ermənistan faşist Ermənistanıdır və onlar atəşkəs razılaşmasından istifadə edərək yenidən havadarları tərəfindən silahlanmağa başladılar. Artıq nüfuzlu təşkilatlar, beynəlxalq qurumlar birmənalı şəkildə bu vəhşiliyi pisləyən bəyanatlar verməlidirlər. Təəssüf ki, hələ də susurlar və ermənilərin azərbaycanlılara qarşı açıq-aşkar soyqırımı siyasəti aparmasına kar, kor və lal qalırlar”.
“Ancaq söz yox ki, düşmən törətdiyi bütün cinayətlərinə görə cavab verəcək”, deyən Məhəbbət İbrahimova əlavə edib ki, Cənab Prezident İlham Əliyevin də vurğuladığı kimi, Azərbaycanın qələbə bayrağı bütün işğaldan olunmuş ərazilərində dalğalanacaq: “Biz haqq yolundayıq və mübarizəmiz də haqlı mübarizədir. Qarabağ Azərbaycandır!”
Rəfiqə HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB