Moskvada Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun iştirakı ilə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Zoqrab Mnatsakanyan arasında görüş başlayıb. SİA-nın məlumatına görə, görüşün gündəliyində Dağlıq Qarabağ münaqişə zonasında humanitar məqsədlərlə atəşin dayandırılması məsələsi yer alıb.
Görüş mətbuata qapalı şəkildə davam edir. Tədbirin yekununda mətbuat konfransının keçirilməsi istisna olunmur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB