"Rusiya Ermənistan üçün qapıları bağlayıb" ÖZƏL-MÜNASİBƏT

"Rusiya Ermənistan üçün qapıları bağlayıb" ÖZƏL-MÜNASİBƏT

"Azərbaycan Prezidenti cənab İlham Əliyev “CNN” televiziya kanalına müsahibə verən zaman ATƏT-in Minsk Qrupu həmsədrləri olan üç ölkənin (ABŞ, Fransa, Rusiya) mövqeyinə bir daha toxundu və geniş şəkildə bizim mövqeyimizi ifadə etdi. Dövlət başçısı müsahibəsində qeyd etdi ki, Rusiya əslində bu məsələdə çox məsuliyyətli mövqe nümayiş etdirir və bu son dərəcə bizi məmnun edir". Bunu SİA-ya politoloq Şəbnəm Həsənova deyib.

"Hal-hazırda Rusiya bu münaqişənin həllinin fərqindədir. Rusiya prezidenti Valdimir Putin də bildirdi ki, döyüş əməliyyatları heç bir şəkildə Ermənistanın torpaqlarında getmir. Bu nə deməkdir? Bu birbaşa Ermənistan baş naziri Nikol Paşinyan mesajdır ki, bu torpaqlar Azərbaycan torpaqlarıdır və Azərbaycan ordusu öz torpaqları uğrunda döyüşür. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə dedi ki, “Ermənistan bu zaman çərçivəsində bizdən hər hansı bir aktiv hərəkət gözləməsin”. Bu rəsmi İrəvana olan bir mesaj idi. Həmçinin Ermənistan bu məsələdə bir qədər ərazini genişləndirmək, eləcə də bir və ya bir neçə ölkəni bu məsələyə cəlb edərək münaqişənin ərazisini genişləndirmək məqsədini güdür. Peskov öz çıxışında həm də bildirdi ki, “heç bir şəkildə bu məsələyə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) cəlb oluna bilməz”. Çünki həmin bu təşkilatın nizamnaməsində bildirilir ki, üzv ölkələrdən birinə hər hansı bir xarici müdaxilə olarkən KTMT bu işə qarışa bilər. Bu gün isə Ermənistana heç bir xarici müdaxilə yoxdur. Bu gün xarici müdaxiləni Ermənistan Azərbaycan torpağına edib. Düşünürəm ki, belə olan məqamda artıq Rusiya Ermənistan üçün qapıları bağlayıb"-deyə, politoloq fikrini tamamlayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə