Bu, siyasi və hərbi müstəvidə çökən Ermənistanın son çırpınışlarıdır - AÇIQLAMA

Bu, siyasi və hərbi müstəvidə çökən Ermənistanın son çırpınışlarıdır - AÇIQLAMA

“İrəvan mülki əhalini hədəfə almaqla qarşı tərəfdə panika yaratmaq, habelə regional münaqişəyə qlobal xarakter vermək istəyir. Döyüşdə uduzan Ermənistan faşist siyasəti yürüdərək dinc əhalini hədəf almaqda davam edir. Rəsmi məlumata görə, sentyabrın 27-dən bu günə qədər Ermənistanın Azərbaycanın mülki vətəndaşlarını və infrastrukturunu atəşə tutması nəticəsində 24 mülki şəxs həlak olub. Ümumiyyətlə hərbi əməliyyatlar başlayandan indiyədək daha 121 nəfər yaralanıb və 300-dən çox ev, mülki obyektlər, infrastrukturlar dağıdılıb. Bu addımı ilə İrəvan beynəlxalq hüququn norma və prinsiplərini, o cümlədən Cenevrə Konvensiyasını və onun tələblərini kobudcasına pozduğunu ortaya qoyur. Özü də düşmən bu çirkin hərəkəti məqsədli şəkildə edir". SİA-nın məlumatına görə, bunu açıqlamasında politoloq Elşən Manafov deyib.

Politoloqun sözlərinə görə, Ermənistanın Azərbaycan tərəfdən mülki əhalini daha çox hədəfə almasının əsasında guya ki, qarşı tərəfdə qorxu xofu, panika yaratmaq məqsədi dayanır: "Amma düşmənin bu hiyləsi də əks effekt verir. Azərbaycan əhalisi və Ordumuz günü-gündən daha çox qələbəyə köklənir. Mülki əhalinin hədəfə alınması Ermənistanın Azərbaycanda mövcud olan qələbə sevincinə vahimə yaratmaq, ölkəmizdə müharibənin yarada biləcəyi fəlakət və fəsadları qa qabartmaq niyyətindən qaynaqlanır. Bu yolla döyüşdə məğlub olan düşmən əks tərəfdə qorxu xofu, vahimə yaratmağı düşünür. Ermənistanın bu vəhşi addıma getməsi həm də onun döyüeş meydanlarında uduzduqlarını etiraf etmələrinin nəticəsidir. Belə ki, adətən mülki əhalini hərbi əməliyyatları uduzan tərəf hədəfə alır. Bu istiqamətdə erməni tərəfinin atdığı addım və qəbul etdiyi qərarlar əslində əks effekt verir. Artıq Azərbaycan əhalini birmənalı şəkildə Prezident İlham Əliyevin çağırışına qoşularaq qələbəyə köklənib və bu fonda da Ordumuzun arxasındadır. Bu mənada mülki əhalinin vurulması bütün hallarda düşmən tərəf üçün heç bir halda gözlənilən effekti verməyib".

Ekspertin fikrincə, başqa bir tərəfdən, İrəvan bu kimi çirkin əməli ilə düşünür ki, Azərbaycan da anolji addıma gedəcək və belədə ermənilər yenidən hay-həşir salacaqlar: "Ermənistan mülki əhalini və mülki obyektləri vurmaqla düşünür ki, Azərbaycan tərəfi də adekvat addımlar atacaq. Bu halda isə Ermənistan hay-küy qopararaq Azərbaycan tərəfinin guya müharibə dövrünün qanunlarına, o cümlədən 1949-cu ilin Cenevrə Konvensiyasının məlum müddəalarını pozduğu ilə bağlı məsələni qaldırmağı nəzərdə tutub. Bu yolla da ermənipərəst mövqedə dayanan beynəlxalq birliyin diqqətini məhz bu kimi məsələlərə yönəltməyi qərara alıb. Azərbaycan Prezidenti Ermənistanın bu vəhşiliyilə bağlı bəyanat səsləndirərək bildirib ki, ermənilərin mülki əhalini vurmasına baxmayaraq, ölkəmiz məlum Konvensiyadan irəli gələn müddəalara sadiq qalacaq. Azərbaycan mülki əhali, erməni xalqı ilə vuruşmur. Erməni mkillətçiləri və torpaqlarımızı işğal edən erməni ordusu ilə vuruşur. İşğal altında olan torpaqların azad edilməsi Azərbaycan dövlətinin beynəlxalq hüquqla təsdiq edilmiş hüququdur. Azərbaycan dövləti müdafiə olunur. Azərbaycanın başqa dövlətlərin torpaqlarında gözü yoxdur. Bu mənada erməni iqtidarının mülki əhalini hədəfə almaq kimi təxribatları da özünü doğrultmur. Azərbaycan sırf hərbi obyektləri vurur, özü də dəqiq şəkildə".

E.Manafov bildirib ki, digər tərəfdən, Ermənistan mülki əhalini hədəfə almaq kimi avantüraya getməklə regional müharibəyə qlobal müharibə xarakteri vermək istəyir: “Paşinyan artıq 6 dəfə Rusiya Prezidenti Vladimir Putinə zəng edib. Bundan başqa, onun Fransa Prezidenti, Yunanıstan rəhbərliyi və ABŞ-la əlaqə yaratmaq istəyi onu göstərir ki, erməni tərəfi bununla beynəlxalq güclərin diqqətini başlanan müharibəyə yönəltmək və belədə hərbi əməliyyatların qarşısını almaq istəyir. Yəni bu müstəvidə beynəlxalq güclərin Azərbaycana dövlətinə ünvanlanması gözləniklən ismarıcları vasitəsilə düşünür ki, başlanan döyüşlərin qarşısını ala biləcək. Azərbaycan dövlətinin mövqeyi isə birmənalıdır. Azərbaycan işğalçı qoşunlar ərazilərimizdən çıxmayana qədər hərbi əməliyyatları davam etdirmək əzmindədir. İşğalçı qoşunlar Azərbaycan ərazisindən qoşunlarını mərhələ-mərhələ çıxarmaqla bağlı üzərinə öhdəlik götürməlidir. Ancaq bu halda ölkəmiz hərbi əməliyyatları dayandıra bilər. Əks halda bütün bunlar səmərə verməyəcək. Azərbaycanın bütün addımları beynəlxalq hüquqa söykənir. BMT və ATƏT-in Minsk qrupu nəhayət ki, bu məsələdə siyasi iradə ortaya qoymalıdır. Bu bizim haqq işimizdir”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə