Ermənistanın sabiq müdafiə naziri, uzun illər “Ohanyan müdafiə xətti” adı altında özünü “məğlubedilməz nazir” hesab edən Seyran Ohanyan yenidən gündəmə gəlib. Qarabağ cəbhəsində erməni hərbçilərin böyük itkilər verdikləri halda, indi də “heç vaxt uduzmayacağıq" deyə xam xəyallar dalınca qaçır.
Maraqlıdır ki, bu gün istər işğalçı Ermənistanda, istərsə də quldur və separatçı “dqr”də hərbçilər kəskin ruh düşkünlüyündədirlər və silahlarını atıb-qaçırlar. Fərarilik halları çoxalıb, mülki əhali isə zəbt etdikləri azərbaycanlılara aid evləri sürətlə tərk edirlər. Belə olan vəziyyətdə Ohanyanın bənzər statusla çıxış etməsi gülünc görünür.
Xatırladaq ki, Seyran Ohanyanın əli yüzlərlə azərbaycanlının qanına batıb, o Xocalı soyqırımını törədən hərbi cinayətkarlar sırasına daxil olmaqla yanaşı, həm də Azərbaycanın rəsmi müraciəti əsasında İnterpolun qırmızı xətti ilə axtarışa verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB