Azərbaycan həqiqətləri Almaniya mətbuatında

Azərbaycan həqiqətləri Almaniya mətbuatında

Milli Məclisin sədr müavini Adil Əliyevin Ermənistanın Azərbaycanda mülki əhaliyə və şəhərlərə hücum etməsi barədə məqaləsi Almaniya mətbuatında işıqlandırılıb. SİA-nın məlumatına görə, Almaniyada işıq üzü görən məqalədə Ermənistanın son 30 ildir ki, Azərbaycanın əbədi və əzəli torpaqlarını işğal altında saxlaması, bu işğal nəticəsində minlərlə insanı qətl etməsi və bir milyondan çox azərbaycanlının öz doğma yurd-yuvalarını məcburi şəkildə qovması əks olunub.

Məqalədə Ermənistanın hazırkı hakimiyyətinin əsas hədəfinin Azərbaycanda yaşayan mülki əhali olmasını, həyata keçirdiyi hücumlar zamanı xüsusilə təmas xəttindən kənarda yerləşən mülki əhalinin hədəf almaqla, evlərə, xəstəxanalara, habelə digər mülki obyektlərə zərər yetirməsi bildirilmişdir. Yazıda Ermənistan tərəfinin bu ilin iyul ayından başlayan müntəzəm təxribatı zamanı 76 yaşlı mülki şəxsin, habelə bu ilin 27 sentyabr tarixindən başlayan növbəti təxribat zamanı isə bir ailənin ümumilikdə şəhid olmasını, şəhid olanların arasında 7-ci və 9-cu sinifdə təhsil alan iki məktəblinin olması qeyd edilib. Ermənistan hakimiyyətinin təcavüzkar siyasətini alman ictimaiyyətinə çatdıran məqalədə dəfələrlə Azərbaycan tərəfinin Ermənistanın təcavüzkar siyasətini dayandırmasını və işğal altında olan torpaqlardan geri çəkilməsini tələb etməsinə baxmayaraq, düşmən tərəfin öz təcavüzkar siyasətindən çəkinmədiyi vurğulanıb.

Vitse-spikerin yazısında qeyd edib ki, bütün bunların əksinə olaraq Ermənistan tərəfi daha güclü silahlanmağa başlayıb, başqa ölkələrdən insanları Dağlıq Qarabağa köçürüb və mütəmadi olaraq təxribata əl atıb. Ermənistan tərəfin həyata keçirdiyi siyasətin Çenevrə Konvensiyasının tələblərinə zidd olması, BMT-nin Azərbaycanın ərazi bütövlüyünü təsdiq edən, ölkəmizə məxsus ərazilərin qeyd-şərtsiz azad edilməsi tövsiyələrinə baxmayaraq həmin qətnamələrin bu vaxta qədər icra edilməməsi, Ermənistan tərəfinin beynəlxalq hüququn bütün prinsiplərini kobud şəkildə pozması ictimaiyyətin diqqətinə çatdırılıb.

https://nex24.news/2020/07/adil-alijew-aserbaidschan-moechte-eine-friedliche-loesung-des-konflikts/

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə