Dünyanın sonu ilə əlaqədar iddialar həyəcan yaratmağa davam edir. SİA-nın məlumatına görə, planetlərin birləşməsi xəbəri cəmiyyətdə çaxnaşma yaradıb.
Dünyanın sonunun yaxınlaşmasına sübut kimi göstərilən bir sıra hadisələr hamımıza məlumdur. Hündür binalar, terror aktları və bir sıra digər baş verən hadisələr filosofların düşüncələrini təstiqləməyə şərait yaradırdı. Son xəbər isə dünən gecə verilən planetlərin birləşməsi ilə bağlı olub. Belə ki, may ayı ərzində səmada 6 planetin birlikdə gəzəcəyi bildirilib. Eyni zamanda, birləşən planet qrupunu bu ay günorta saatlarında göydə görmək də mümkün olacaq. Merkuri, Venera, Yupiter, Mars və Ay planetlərinin birləşməsi isə heç də xeyir xəbər kimi qiymətləndirilmirdi.
Bu gün isə bir sıra mütəxəssislər mövzunu araşdırdıqlarını bildiriblər: "Dünən gecə 6 planetin birləşdiyi xəbərindən sonra araşdırmalara başladıq. Xəbərlər doğrudur. Həqiqətən də planetlər birləşib və 1 ay boyunca göydə birlikdə gəzəcəklər. Amma bu, pis əlamət və ya həyəcan yaradacaq xəbər deyil. Düzdür, bu tez-tez təsadüf olunan hal deyil. Amma bunu qiyamət əlaməti olaraq qiymətləndirmək gülüncdür".
Mütəxəssislər belə düşünür. Amma bu xəbərlərin həqiqətən də qiyamət əlaməti olub-olmadığını fərziyyələr deyil, zaman göstərəcək!
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB