General-polkovnik Məhərrəm Əliyev çağırış etdi: Bir qədər təmkinli olaq, qələbə bizimlədir
Azərbaycan Respublikası Prezidentinin hərbi məsələlər üzrə köməkçisi, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri general-polkovnik Məhərrəm Əliyev Azərbaycan xalqına çağırış edib.
SİA həmin müraciəti təqdim edir:
Azərbaycan Respublikasının Prezidenti – Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu döyüş tapşırıqlarının uğurlu icrasını təmin edərək uzun illər işğal atında olan torpaqlarımızı azad edir, ərazi bütövlüyümüzü bərpa edir.
Ordumuz düşmənə sarsıdıcı zərbələr endirir və hər gün müsbət nəticələr əldə olunur.
Sözsüz ki, bu qürurverici tarixi anlar bizim böyük sevincimizə səbəb olur, ərazi bütövlüyümüzün qısa zamanda bərpa olunacağı günü yaxınlaşdırır.
Lakin unutmamalıyıq ki, ölkəmizdə hərbi vəziyyət və karantin rejimi qüvvədədir. Vətəndaşlarımızın təhlükəsizliyini təmin etmək məqsədilə hər kəsdən müəyyən edilmiş qayda-qanuna ciddi riayət etmək xahiş olunur.
Bir qədər təmkinli olaq, səbr nümayiş etdirək, qələbə bizimlədir – Qarabağ Azərbaycandır!
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB