"Azərbaycan Ermənistanı sülhə məcbur etmək üçün..." - Hikmət Hacıyev - VİDEO
Azərbaycan mülki şəxsləri müdafiə etmək və Ermənistanı sülhə məcbur etmək üçün legitim hərbi hədəflərə qarşı adekvat tədbirlər görmək hüququnu saxlayır. SİA-nın məlumatına görə, bu barədə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev öz "Twitter" hesabında bildirib.
H.Hacıyev bildirib: "Ermənistanın Gəncə şəhərinin əhalinin sıx məskunlaşdığı ərazilərə raket zərbələrinin nəticələri. Azərbaycan mülki şəxsləri müdafiə etmək və Ermənistanı sülhə məcbur etmək üçün legitim hərbi hədəflərə qarşı adekvat tədbirlər görmək hüququnu saxlayır. 4 yeni raket Gəncəyə düşüb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB