Respublikaçı Nyut Qinqriç ABŞ–da prezident seçkilərində iştirak edəcək

Respublikaçı Nyut Qinqriç ABŞ–da prezident seçkilərində iştirak edəcək
ABŞ – ın Respublikaçılar partiyasının üzvü Nyut Qinqriç 2012 – ci ildə ölkədə keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürəcəyini bildirib. SİA-nın yap.org.az saytına istinadən verdiyi xəbərə görə, "Bu gün mən 2012 – ci ildə keçiriləcək prezident seçkilərində iştirak etmək üçün rəsmi olaraq namizədliyimi irəli sürürəm", - deyə politoloq öz internet səhifəsində qeyd edib.

Xatırladaq ki, 67 yaşlı respublikaçı 1995 – ci ildən 1999 – cu ilədək ABŞ konqresində nümayəndələr palatasının spikeri vəzifəsində işləyib və "respublikaçı inqilabçı" olaraq yaddaşda qalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə