Makron Suriya terrorçularının Qarabağa getməsindən danışdı

Makron silahlıların Suriyadan Qarabağa köçürülməsi faktlarını açıqlayıb. SİA RİA Novosti Agentliyinə istinadən xəbər verir ki, Fransa prezidenti Emmanuel Macron, Avropa sammiti ərəfəsində Brüsseldə jurnalistlərə müsahibəsində bu açıqlamanı verib.

Fransa prezidenti qeyd edib ki, Suriyadakı silahlıların döyüşlərdə iştirak etmək üçün Qarabağa getdikləri barədə məlumatlara sahibdir.

"Qarabağda vəziyyət çətindir. Bunu da aydın şəkildə açıqlamaq, bəyan etmək istəyirəm ki, cihadçı qruplaşmaların silahlılarının Suriyadakı əməliyyatlar teatrından Qarabağdakı döyüş əməliyyatlarına qoşulmaq üçün aparıldığını göstərən etibarlı, dəqiq məlumatlar var", deyə Fransa prezidenti bəyan edib.

Macron "bunun çox ciddi və yeni bir amil olduğunu" qeyd edib. "Bunu AB-dəki danışıqlar da daxil olmaqla müzakirə edəcəyik", deyə Emanuel Makrob bildirib.

Xatırladaq ki, bir qədər əvvəl Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Putinin və Rusiya Federasiyası Təhlükəsizlik Şurasının daimi üzvlərinin görüşündə Dağlıq Qarabağda, "Suriya və Liviyadan silahlıların oraya köçürülməsi ilə əlaqəli", "həddindən artıq təhlükəni" iştirakçıların qeyd etdiklərini bəyan edib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə