Moldova portalı Prezidentin müraciəti barədə yazdı

Moldovanın “TİMPUL” informasiya portalında “İlham Əliyev erməni xalqına müraciət etdi: “Erməni əsgəri Azərbaycan torpaqlarında nə edir?” adlı xəbər dərc edilib. SİA xəbər verir ki, portalda yayımlanan məqalədə AZƏRTAC-a istinad olunur və Azərbaycan Prezidentinin sözlərindən sitat gətirilir: “Mən erməni xalqına müraciət edirəm və söyləmək istəyirəm ki, onlar rəhbərliklərinin çirkli əməllərinin girovuna çevrilməsinlər. Bu gün öz hökumətini məsuliyyətə cəlb etsinlər. Öz övladlarını Azərbaycan torpaqlarına göndərməsinlər”, - deyə portal Сənab Prezident İlham Əliyevin sözlərini sitat gətirir.

Azərbaycan Prezidentinin dedikləri portalda aydın şəkildə yayımlanır.

“Erməni əsgəri Azərbaycan torpaqlarında nə edir? Biz öz torpağımızda vuruşuruq. Bizim əsgər və zabitlərimiz öz torpağında həlak olur, öz torpağında yaralanır və biz öz torpaqlarımızı azad edirik.

Artıq dördüncü gün davam edən döyüşlərdə Azərbaycan ordusu uğurlu əməliyyat keçirərək, strateji yüksəklikləri işğalçılardan azad edib, bir neçə yaşayış məntəqəsini işğaldan azad edib, uzun fasilədən sonra biz bu torpaqlara qayıtmışıq.

Bu torpaqlarda öz bayrağımızı sancmışıq və artıq bu torpaqlardan bizi heç kim çıxara bilməz, biz öz ərazi bütövlüyümüzü bərpa etməliyik. Erməni xalqı bunu anlamalıdır. Anlamalıdır ki, 30 ilə yaxın başqa dövlətin torpağını zəbt etmək, orada bütün binaları, bütün tarixi abidələri dağıtmaq, bir milyondan çox insanı öz doğma torpağından didərgin salmaq, Azərbaycan xalqına qarşı soyqırımı törətmək cinayətdir.
Biz tarixi ədaləti bərpa edirik! Qarabağ - bizim doğma, əzəli, tarixi torpağımızdır”, deyə Moldova portal Azərbaycan Prezidenti Cənab İlham Əliyevin fikirlərini sitat gətirir və bunu yayımlayır.

Məqalə ilə aşağıdakı linkdə tanış olmaq olar:
https://timpul.md/ru/articol/Ilkham-Aliyev-obratilsya-k-armyanskomu-narodu---Chto-delayet-armyanskiy-soldat-na-zemlyakh-Azerbaydzhana-160136.html

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə