22 şirkət Qələbəyə Dəstək Hərəkatı adlı təşəbbüs qrupu yaradıb

Qələbəyə Dəstək Hərəkatı iş adamlarının ictimai təşəbbüs qrupudur!

"İş adamlarının Qələbəyə Dəstək Hərəkatı ictimai təşəbbüs qrupu Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrin Ali Baş komandanı cənab İlham Əliyevin əmri ilə, işğal olunmuş Azərbaycan torpaqlarını Ermənistanın işğalçı qoşunlarından təmizləmək üçün başladılan əks hücum əməliyyatlarını həyata keçirən Azərbaycan Ordusuna dəstək məqsədilə yaradılıb. İş adamlarının Qələbəyə Dəstək Hərəkatı İctimai təşəbbüs qrupuna qoşulan iş adamları bununla dövlətimizin, Ali Baş Komandanın yanında olduğunu bildirir, dövlətin hər bir çağırışına, istər maddi, istərsə də mənəvi olaraq operativ dəstək verməyi, iş adamları arasında vətənpərvərlik ruhunun yüksəldilməsi maarifləndirici işlərin aparılmasını qarşısına məqsəd qoymuşdur". SİA-nın verdiyi məlumata görə, bunu Təşəbbüs qrupunun üzvü, Hədəf Şirkətlər Qrupunun təsisçisi Şəmil Sadiq deyib.

O bildirib ki, hazırda xeyli iş adamı var ki, könüllü olaraq hər biri ayrılıqda öz öhdəsinə düşən işi görür, dövlətimizin, ordumuzun yanında olduğunu, Silahlı Qüvvələrə Yardım Fonduna vəsaitlər ödəyir: "Lakin biz düşünürük ki, bunu təşklatlanmış formada, sistemli şəkildə koordinasiya etmək, ürəyindən keçib, dəstəyin necə ediləcəyinin yolunu bilməyən həmkarlarımızla birgə hərəkət etmək, bir əl, bir ürəklə müəyyən fəaliyyətlər həyata keçirməkdir arzumuz".

İş adamlarının Qələbəyə Dəstək Hərəkatı ictimai təşəbbüs qrupunun üzvü, "Behrud" İnşaat şirkətinin təsisçisi İlham Alməmmədov qeyd edir ki, bu, bir könüllü qrupdur, heç bir siyasi, iqtisadi maraq güdmür: "Eyni arzularla yaşayan, vətən sevdalı iş adamları birlikdə hərəkət edərsə, dövlətimizə daha çox faydalı olarıq. Biz, dost 22 şirkət rəhbəri qarşımıza məqsəd qoymuşuq ki, torpaqlarımız işğaldan tam azad olana, yenidənqurma işləri bitənə qədər, cani-dildən dövlətimizlə bir yerdəyik. Fəaliyyətimiz indilik bu cür planlaşdırılıb:

- İş adamlarının Ordumuza edəcək maddi yardım və ianələrini rahat şəkildə çatdırmaları üçün bütün texniki, hüquqi problemləri həll etmək, düzgün istiqamətə yönləndirmək,

- Silahlı Qüvvələrə Yardım fondunun təbliğat-təşviqat işində aktiv iştirak etmək,

- Yaralılar və şəhid ailələrinə lazımı dəstəyi koordinasiya etmək,

- Könüllü şəkildə ordu sıralarına qoşulan gənclərin ailələrinə dəstək, onları stimullaşdırmaq, xüsusən də iş yeri olmadan ordu sıralarına qoşulan könüllülərin ailələrinə aylıq müəyən maliyyə yardımı etmək,

- Gənc iş adamları arasında vətənpərvərlik və xeyriyyəçilik ruhunu formalaşdırmaq və istiqamətləndirmək adına maarifləndirmə işlərini aparmaq,

- Sərhədyanı bölgələrdə, geri alınan torpaqların yenidənqruma işlərində yaxından iştirak etməkdir. Təşəbbüs qrupu ilə birgə fəaliyyət göstərmək istəyən iş adamları üçün açıqdır. Ümid edirik, birgə fəaliyyətimiz Cənab Prezidentin qeyd etdiyi kimi, “Biz birlikdə güclüyük” ifadəsinin əməli nümunəsi olacaq".

Qeyd edək ki, İş adamlarının Qələbəyə Dəstək Hərəkatı ictimai təşəbbüs qrupunun feysbukda qrupu və səhifəsi yardılmışdır. Səhifənin yaradılmasında məqsəd mütəmadi olaraq Qələbəyə Dəstək Hərəkatının bütün fəaliyyətilə ictimaiyyəti məlumatlandırmaqdır.

Təşəbbüs qrupuna qoşulan ilkin şirkətlər aşağıdakılardır:
1. Behrud İnşaat MMC
2. Hədəf Şirkətlər Qrupu MMC
3. Halal-P MMC
4. Prime TV MMC
5. Medika Hospital MMC
6. UKASMEN MMC
7. ABBAo MMC
8. Starlab klinikası MMC
9. Əlincə İdman Klubu MMC
10. RR şirkətlər qrupu MMC
11. İnci şirkətlər qrupu MMC
12. SinKOD MMC
13. HORECA MMC
14. Simit Sarayı MMC
15. Etna group MMC
16."Çaşıoğlu" Elmi istehsalat birliyi MMC
17."B2B group" MMC
18. Star Sports trikotaj MMC
19. SHOKET Soyutma sistemleri MMC
20. GLOCAL MMC
21 Biləv İnşaat MMC
22. RERAPIER MMC
23. Oqtay Məmmədov

Təşəbbüs qrupunun əlaqələndirici koordinatoru tarix üzrə fəlsəfə doktoru Elvin Əliyevdir.
Feysbuk səhifəsi: https://www.facebook.com/qelebeyedestek
Feysbuk bağlı qrupu: https://www.facebook.com/groups/273583820753368/
Telefon: +994 552242070

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə