Ölkənin qərb bölgəsində mindən artıq abituriyent ali məktəbə sənəd verib
Ölkənin qərb bölgəsində 17 sənəd qəbulu komissiyası yaradılıb. Bunlardan 5-i Gəncə şəhərində, digərləri isə ölkənin qərb bölgəsində fəaliyyət göstərir. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Gəncə Regional Şöbəsinin baş məsləhətçisi Nəsimi Məmmədovun SİA-nın bölgə müxbirinə verdiyi məlumata görə, ali məktəblərə daha öncə sənəd verib yalnız tələbə adını qazana bilməyən abituriyentlər üçün 4 qəbul məntəqəsi yaradılıb: "Həmin abituriyentlər Gəncə Dövlət Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Texnologiya İnstitutu və Müəllimlər İnstitutunun Qazax filialında sənəd verə bilərlər. İlk dəfə ali məktəbə sənəd verəcək abituriyentlər isə Gəncə şəhər 6 saylı orta məktəbdə qeydiyyata alınır".
Artıq mindən çox abituriyentin sənədi qeydiyyata alınıb deyən N. Məmmədov onu da bildirib ki, bu il diqqətçəkən yeniliklər arasında qabiliyyət imtahanlarının Gəncə şəhərində təşkilidir. Belə ki, xüsusi qabiliyyət tələb edən seçimlər elə Gəncə şəhərində aparılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB