"Fransa prezidentinin "təşəbbüsləri" nəticəsiz qalacaq" ÖZƏL-MÜNASİBƏT

“ATƏT-in Minsk qrupunun həmsədri Fransa Ermənistanı siyasi dəstək verən ölkə olaraq Minsk qrupunda birtərəfli şəkildə beynəlxalq hüququ tapdalayaraq Azərbaycanın ərazi bütövlüyünə qarşı fikir irəli sürdü. Fransa prezidenti Emmanuel Makronun məhz çağırışı ilə BMT TŞ toplanmaqla Ermənistanı cəzadan qorumağa çalışır”. Bunu SİA-ya politoloq Məhəmməd Əsədullazadə deyib.

Politoloqun sözlərinə görə, prezident E.Makron ABŞ və Rusiya dövlət başçılarına zəng edərək Qarabag məsələsini müzakirə və Azərbaycanın hücumlarını dayandırmasını müzakirə edib: “Göründüyü kimi, Makron artıq Qarabağın işğaldan azad edilməsinin əleyhinədir, bunu açıq şəkildə qeyd etdi və bu istiqamətdə diplomatik hərəkətlilik edir.

Qeyd edək ki, Makron Türkiyəyə qarşı Yunanıstanla bir cəbhədədir və Qarabağ məsələsində də Türkiyənin rolunu qabardaraq burada Ermənistanla eyni siyasi xətti bölüşür.

Fransa rəhbərliyinin mövqeyi heç nəyi dəyişməyəcək. Beynəlxalq hüququn diktə etdiyi tərəfi deyil, işğalçının yanında durmaqla Minsk qrupu çərçivəsində fəaliyyətinə kölgə salmış oldu. Bundan sonra, Azərbaycan Fransanın Minsk qrupunda təmsilçiliyini qəbul etməməlidir. Ümumiyyətlə, hazırkı prosesdə Minsk qrupu funksiyasını itirib.

Azərbaycan Fransaya etirazını bildirməli və beynəlxalq hüququn yanında olmasını diqqətlərinə çatdırmalıdır. Fransa prezidentinin "təşəbbüsləri" nəticəsiz qalacaq. Artıq, Fransa harda olmağa çalışırsa qarşısına Türkiyə çıxır. Liviyada, Nigerdə, Malidə, Liviyada, Aralıq dənizində, Suriyada nəhayət Qafqazda Türkiyə Fransanın işğalçı təşəbbüslərinin qarşısını alır. Çünki, E. Makron haqsız və işğalçı tərəfdədir”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə