Bizim mübarizəmiz haqq mübarizəsidir! - ŞƏRH

Prezident İlham Əliyev: “Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”

Bu real faktdır ki, Ermənistanın faşist xislətli küçə “demokratı” Nikol Paşinyan bu günə kimi Azərbaycan Prezidenti İlham Əliyev cənablarının bütün beynəlxalq görüşlərdə verdiyi ibrət dərsdən bir nəticə çıxara bilməyib. Bu aksiomadır, çünki başa düşüləsi boş başla nəyi dərk və ibrət dərsi götürə bilər. Sentyabrın 27-də Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti bir daha Nikolun faşist mahiyyətini bütün dünyaya göstərir.

Azərbaycan Prezidenti dəfələrlə vurğulayıb ki, “Qarabağ Azərbaycandır və nida işarəsi”. Bu günlərdə dövlət başçımızın Azərbaycan xalqına müraciətində də bir daha Ermənistanın baş nazirinin yalan və sərsəm informasiyaları haqqında bildirib ki, Ermənistanın təxribatları, eyni zamanda, Ermənistan rəhbərliyi tərəfindən verilən bəyanatlarda da öz əksini tapır: "Ermənistanın baş naziri bir il bundan əvvəl işğal edilmiş torpaqlarda - Xankəndidə demişdir ki, "Qarabağ Ermənistandır və nöqtə". Birincisi bu, yalandır, Qarabağ Azərbaycandır və mən bu məsələ ilə bağlı öz fikirlərimi dəfələrlə bildirmişəm. Qarabağ Azərbaycandır və nida işarəsi".

Dövlət başçısı onu da deyib ki, bizim mübarizəmiz haqq mübarizəsidir və bu gün Azərbaycan vətəndaşları dövlətə tam dəstək göstərirlər, biz bu dəstəyi daim hiss edirik: "Azərbaycan vətəndaşı Azərbaycan Ordusunun yanındadır və 30 ilə yaxın öz doğma torpaqlarına qayıda bilməyən soydaşlarımıza da üz tutub deyirəm ki, biz əlimizdən gələni edəcəyik ki, sizi öz doğma torpaqlarınıza qaytaraq".

Artıq bu gün qələbə xəbərlərimiz dayanmadan gəlməkdədir. Gözün aydın Azərbaycanımız, gözün aydın xalqım mənim, gözün aydın bütün türk xalqım!

Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib ki, Füzuli–Cəbrayıl istiqamətində Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Abdurrəhmanlı, Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri azad edilib.

Bundan əlavə, Ağdərə rayonu və Murovdağ istiqamətlərində düşmən postları darmadağın edilib, hakim yüksəkliklər nəzarətə götürülüb. Talış kəndi ətrafındakı bir neçə əlverişli yüksəklik işğalçı qüvvələrdən təmizlənib, düşmən xeyli itki verib. Qələbələrimizin sorağı ardıcıl gəlməkdədir və gələcək.

Bəli, bu sevinc, bu qələbə güclü ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin uğurlu, proqmativ siyasətinin nəticəsində əldə olunmaqdadır. Çünki Güclü Ordu ilə Güclü Dövlət anlayışı vəhdət təşkil edir. Çünki müstəqil dövlətin nüfuzu iqtisadi, siyasi, elmi potensialı ilə yanaşı, onun malik olduğu ordusunun qüdrəti ilə də ölçülür. Və sentyabrın 27-dən başlayaraq Ermənistanın hərbi hissələrinin təmas xəttində Azərbaycanın işğal altında olan ərazilərində yerləşən Azərbaycan Silahlı Qüvvələrinin bütün cəbhə boyu mövqelərini iriçaplı silahlar, minaatanlar, qumbaraatan və artilleriya qurğularından intensiv atəşə tutaraq qoşunların təmas xəttində növbəti təxribatların uğurla qarşısının alınması, məhz müstəqil Azərbaycanın peşəkar hərbçi kadrlarının, güclü maddi-texniki bazaya, müasir texnika və silahlara malik olan nizami ordusunun olmasının nəticəsidir. Daha dəqiq desək, Azərbaycanın şanlı silahlı qüvvələrinin cəbhədə əldə etdiyi zəfərləridir. Əslində, bu gözlənilən idi. Çünki uzun müddət idi ki, işğalçı Ermənistan rəhbərliyi, bu rejimin Qarabağdakı yedəyi – “Dağlıq Qarabağ Respublikası” separatçıları zaman-zaman özlərinə güvənən bəyanatlarla çıxış edir, “qüdrətli və məğlubedilməz erməni ordusu”nun imicini reklam etməklə siyasətdəki yerlərini möhkəmləndirməyə çalışsalar da yenə də Azərbaycan ordusu onları zamanında yerlərinə oturtdu və dərslərini verdi. Ordumuzun qəti zərbələri nəticəsində düşmənin 30-dək tankı, 25-dən çox artilleriya qurğusu və digər zirehli texnikası məhv edildi, 320 hərbçisi öldürüldü, 500-dən artıq döyüşçüsü yaralandı. Ağdərə-Madagiz istiqamətində yolların nəzarətdə saxlanılması təmin edildi. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Aprel döyüşlərinin əhəmiyyəti barədə dediyi sözlər bugünkü qələbənin Ordumuz və xalqımız üçün önəmini açıq şəkildə ifadə edir: “Aprel döyüşləri hərbi dərsliklərə salınmalıdır. Həm peşəkarlıq, həm də vətənpərvərlik ruhu baxımından Aprel döyüşləri bir daha göstərdi ki, Azərbaycan xalqı qəhrəman xalqdır. Bir daha onu göstərdi ki, biz bu vəziyyətlə barışmayacağıq. Onu göstərdi ki, xalq-iqtidar birliyi bu gün Azərbaycanda yüksək səviyyədə təmin olunur, möhkəmlənir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli bizim üçün həmişə olduğu kimi birinci yerdə duran prioritet məsələdir".

Və bu gün erməni xalqı bir daha anlamır ki, Ter-Petrosyan hakimiyyətindən tutmuş indiki "küçə demokratı”, başıpozuq, xəstə təfəkkürlü Nikol Paşinyana kimi savadsızların uğursuz hakimiyyət siyasətinin əziyyətini elə sadə erməni xalqı çəkir. İşğalçı və quduzlaşmış Paşinyan bu günə kimi hansı qələtləri etməyib? “Qarabağ Ermənistanındır, vəssalam!” böyük qələtini edərkən, Azərbaycan Prezidentinin cavabı “NİDA!" olmalı idi. Bu qələti edəndə Azərbaycan Ordusunun cavabı belə olmalı idi! Çünki düz yola gəlmədiyi halda növbəti dəfə elədiyi qələtlərin bədəli daha ağır olacaq! Budur, işğalçı, təcavüzkarlığın və nəhayət Paşinyan və ondan əvvəlkilərin elədikləri qələtin bədəli. Unudulmayan, dünyada Azərbaycan dövlətinin, Azərbaycan Prezidenti İlham Əliyev diplomatiyasının dünya tarixində əbədi olaraq qalan qələbələr! Uğur olsun, Prezidentimiz, uğur olsun Ali Baş Komandanımız!

Ali Baş Komandan, ölkə Prezidentinin bildirdiyi kimi: "Nə qədər ki, Ermənistan bu təxribatçı əməllərdən əl çəkməyəcək, Azərbaycan Ordusu onları bundan sonra da cəzalandıracaq".

RƏFIİQƏ HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə