FİFA Naftalanda həlak olmuş14 yaşlı Şəhriyara görə AFFA-ya məktub göndərdi BAŞSAĞLIĞI

Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FİFA) ermənilər tərəfindən qətlə yetirilmiş yeniyetmə futbolçu Şəhriyar Qurbanovun ölümü ilə bağlı başsağlığı verib. SİA xəbər verir ki, AFFA-ya müvafiq məktub planetin əsas futbol təşkilatından göndərilib.

“Bu məktub vasitəsi ilə biz bu yaxınlarda öldürülmüş azyaşlı futbolçu Şəhriyar Qurbanovla bağlı səmimi olaraq dərin kədərləndiyimizi bildiririk”, yazılan məktubda qeyd olunur ki, təşkilat eyni zamanda Şəhriyar Qurbanovun ailəsinə və “Naftalan” klubunda oynayan yoldaşlarına, yaxınlarına da baş sağlığı bildirir.

“Belə ağır anda ümid edirik ki, bizik kədərimiz onlar üçün rahatlıq olar” deyə FİFA-nın başsağlığında vurğulanır.

Qeyd edək ki, FİFA ilk beynəlxalq təşkilatlardandır ki, sentyabrın 27-də Ermənistan silahlı qüvvələri tərəfindən Naftalan rayonunun Qaşaltı kəndini atəşə tutması nəticəsində 13 yaşlı Şəhriyarın və daha dörd ailə üzvünün ölümünə görə reaksiya verib.

Məhz bu hadisədən sonra AFFA müvafiq məktublarla FİFA-ya və UEFA-ya məktublar göndərmişdi.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...