Azərbaycan tarixində yeni zəfər tarixi yazılır - Sahibə Qafarova

Bu gün Azərbaycan tarixində yeni zəfər tarixi yazılır, ordumuzun düşmənə qarşı uğurlu əks-hücum əməliyyatları davam edir. SİA-nın məlumatına görə, bunu Milli Məclisin sədri Sahibə Qafarova deyib.

S.Qafarova bildirib ki, Ermənistan ordusu ağır itkilərə məruz qalıb.

Sədr onu da əlavə edib ki, Azərbaycan ordusu uğurlu əməliyyatlar nəticəsində bir sıra ərazilərimizi və mühüm strateji yüksəklikləri düşməndən azad edib: “İnanırıq ki, bu əks-hücum əməliyyatı işğala son qoyacaq və biz qələbə gününü qeyd edəcəyik, Azərbaycan öz ərazi bütövlüyün bərpa edəcək və öz dədə baba yurdlarından didərgin salınan soydaşlarımız geri dönəcək”.

S.Qafarova bildirib ki, ermənilərin təxribatı ilə bağlı Milli Məclis adından bir çox ölkələrin parlamentlərinə və beynəlxalq təşkilarlara məktublar göndərilib və Azərbaycana qarşı erməni təcavüzü onların diqqətinə çatdırılıb.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə