Ekspertlər: “Azərbaycan Prezidenti İlham Əliyev isə şərtsiz olaraq dəqiq, tamamilə məntiqli, düzgün, ardıcıl çıxış etdi”
Bəli, hələ də erməni xalqı anlamır ki, Ter-Petrosyan hakimiyyətindən tutmuş indiki "küçə demokratı”, başıpozuq, xəstə təfəkkürlü Nikol Paşinyana kimi savadsızların uğursuz hakimiyyət “siyasətinin” əziyyətini elə sadə erməni xalqı hələ çox çəkəcək. İşğalçı və quduzlaşmış Paşinyan bu günə kimi hansı qələtləri etməyib? “Qarabağ Ermənistanındır, nöqtə” böyük qələtini edərkən, Azərbaycan Prezidentinin cavabı “NİDA!” olmalı idi. Bu qələti edəndə Azərbaycan Ordusunun cavabı belə olmalı idi! Ən əsas məqam isə, Azərbaycan Prezidenti Nikola bütün dünya siyasətçiləri, prezidentləri səviyyəsində ona “düz yola gəlin” mesajını verəndə anlamalı idi ki, bir də düz yola gəlmədiyi halda növbəti dəfə elədiyi qələtlərin bədəli daha ağır olacaq! Çünki "küçə demokratı” bu düşüncə ilə uzağa gedə bilməyəcək.
Sentyabrın 29-da “Rossiya-1” telekanalında yayımlanan “60 dəqiqə” proqramında Azərbaycan-Ermənistan təmas xəttində baş verən son hadisələrə həsr olunan verilişdə də Azərbaycan Prezidenti İlham Əliyev faktlara əsaslanaraq, şərtsiz, dəqiq, tamamilə məntiqli, düzgün, ardıcıl çıxış etdi. Ancaq yenə də Ermənistanın baş naziri əvvəlki çıxışlarından fərqlənməyən məntiqsiz və qeyri-obyektiv çıxışları ilə yenidən, bu ağır gündə ictimaiyyətin nifrətini qazandı. Ancaq erməni xalqı anlamalıdır ki, Paşinyan nə edirsə etsin, necə çıxış edirsə etsin özünə xas olan “düşüncəsini” ortaya qoyub.
Bu gün Ermənistan baş naziri bir daha anlamalıdır ki, Azərbaycana qarşı təxribatınnı qarşısında güclü Azərbaycan ordusu və rəşadətli Azərbaycan əsgərini görəcək. Prezident İlham Əliyev də çıxışı zamanı bunu bir daha vurğulamışdı: “Azərbaycan Ordusu bu təxribatın qarşısını almaq və torpaqlarımızı azad etmək üçün öz rəşadətli missiyasını həyata keçirir”.
Dövlətimizin başçısı çıxışında bildirib ki, Ermənistanın bu təxribatının mahiyyətində faşizm xisləti dayanır: “Ermənilər bu gün səhər saatlarından başlayaraq mülki insanları atəşə tutaraq faşist xislətlərini bir daha göstərdilər. Bu təxribatın qarşısının alınması üçün əks hücum tədbirləri həyata keçirilir, düşmənin atəşinin qarşısı uğurla alınır və düşmən yerinə otuzdurulur. Hadisələrlə bağlı ölkə ictimaiyyətinə ətraflı məlumat veriləcək. Azərbaycan Ordusu bu təxribatın qarşısını almaq və torpaqlarımızı azad etmək üçün öz rəşadətli missiyasını həyata keçirir. Bu gün bütün Azərbaycan xalqı Ali Baş Komandanın ətrafında sıx birləşib və bu, Ermənistanı qorxuya salır”.
Oleq Kuznetsov: “Bazar günü səhər tezdən baş verənlər müasir Ermənistanda mövcud olan açıq-aşkar nasist rejimin mahiyyətinin qanunauyğun ifadəsidir”
Rusiyalı politoloq Oleq Kuznetsov bazar günü səhər tezdən Ermənistan ordusunun Azərbaycanın dinc əhalisinə raket-artilleriya zərbələri endirməsindən kədərləndiyini və 1941-ci il 22 iyun gününü xatırladığını deyib: “O vaxt Hitler Almaniyasının qoşunları eynilə indiki kimi - istirahət günü, xaincəsinə və müharibə elan etmədən Sovet İttifaqına hücum etmişdi. Hərçənd, nasist Qaregin Njdenin ideyasının davamçılarının başqa cür hərəkət edəcəyini gözləməyə dəyməz”.
Oleq Kuznetsov onu da söyləyərək bildirib ki, Azərbaycan dəfələrlə bəyan etmişdi ki, Ermənistanın Azərbaycana qarşı davam edən hərbi təcavüzü, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğu regional sülh və sabitlik üçün əsas təhlükədir: "Ona görə də, yaranmış vəziyyətə və hadisələrin gələcək inkişafına görə bütün məsuliyyət tam şəkildə Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşür. Tarix göstərir ki, nasizm və faşizm hansı milli zəmində formalaşmasından və inkişaf etməsindən asılı olmayaraq həmişə və hər yerdə nifrət, təcavüz və müharibə yolu seçir. 2020-ci il sentyabrın 27-də, bazar günü səhər tezdən baş verənlər gec-tez olmalı idi, çünki bu, müasir Ermənistanda illər boyu yaradılan və mövcud olan açıq-aşkar nasist rejimin mahiyyətinin qanunauyğun ifadəsidir. Azərbaycan öz ərazisində və özünün ərazi bütövlüyü uğrunda müharibə aparmağa məcbur edilib, onun müharibəsi düzgün və ədalətlidir. Ümidvaram ki, bu müharibə ölkənin ən yeni tarixinə “Azadlıq müharibəsi”, hətta “Vətən müharibəsi” ilə düşəcək və dünya tarixində bu cür müharibələrin hamısı kimi o da zəfərlə başa çatacaq. Mən Azərbaycan xalqına qələbə, Azərbaycan ordusuna rəşadət arzu edirəm”.
İqor Korotçenko: “Prezident İlham Əliyev şərtsiz olaraq dəqiq, tamamilə məntiqli, düzgün, ardıcıl çıxış etdi. Bu, MDBMİ məktəbidir. MDBMİ doğrudan da böyük kadrlar yetişdirir”
“Natsionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenko bildirib ki, Azərbaycan və Ermənistan liderlərinin çıxışlarını diqqətlə dinlədim: “Azərbaycan Prezidenti İlham Əliyev şərtsiz olaraq dəqiq, tamamilə məntiqli, düzgün, ardıcıl çıxış etdi. Bu, MDBMİ məktəbidir. MDBMİ doğrudan da böyük kadrlar yetişdirir. İndi isə deyilənlərin mahiyyətinə gələk. Prezident Əliyev haqlıdır və tamamilə ədalətli olaraq dedi ki, peyk, elektron, kəşfiyyat texnologiyalarının müasir inkişaf səviyyəsini nəzərə alsaq, Azərbaycan ərazisinə doğrudan da türk qırıcıları göndərilsəydi, bu faktı gizlətmək mümkün deyildi. Bunu peyk kəşfiyyatı olan istənilən ölkə aşkar edə bilər. Bu gün isə Dağlıq Qarabağ bölgəsi dünyanın bütün aparıcı ölkələrinin sıx müşahidəsi altındadır. Həmkarlarımın diqqətini bir məqama çəkmək istərdim. Biz hamımız beynəlxalq hüququn tərəfdarıyıq. Beynəlxalq hüquq nöqteyi-nəzərindən, döyüş əməliyyatları Azərbaycanın ərazisində, Azərbaycan hərbi qüvvələri və erməni hərbi birləşmələri arasında aparılır”. Rusiyalı politoloq onu da bildirib ki, Azərbaycan dəfələrlə bəyan etmişdi ki, Ermənistanın Azərbaycana qarşı davam edən hərbi təcavüzü, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğu regional sülh və sabitlik üçün əsas təhlükədir: “Ona görə də, yaranmış vəziyyətə və hadisələrin gələcək inkişafına görə bütün məsuliyyət tam şəkildə Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşür”.
Bəli, artıq istər Paşinyan, istərsə də ermənilər tarixin ibrət dərsindən nəticə çıxarmalarının vaxtıdır. Azərbaycanın yolu da, mübarizəsi, mövqeyi bu gün bir daha özünü göstərir. Və bu gün heç nə dəyişmir. Reallıq budur: təcavüzkar zəbt etdiyi torpaqlardan getməlidir, vəssalam!
RƏFİQƏ HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB