Aşot Qarabağa niyə gedib? Paşinyanın uğursuz reklamı

Hələ hərbi xidmətdə olarkən, işğal altındakı ərazilərimizdə qondarma rejim tərəfindən xüsusi ayrılmış villada “əsgərlik” edən Nikol Paşinyanla Anna Akopyanın oğulları Aşot ətrafında yeni teatr tamaşası qurulub. SİA erməni KİV-lərinə istinadən xəbər verir ki, bir müddət əvvəl “hərbi xidmətdən” demobilizə olunmuş Aşotun yenidən “dqr”-ə - “hərbi xidmətə” yollanması bildirilir. Bu barədə bir müddət əvvəl qondarma “respublikada” erməni qadınlarını hərbi təlimə cəlb edərək, əllərinə silah verən və özünün də əlində silahla fotosessiyalar edən Anna Akopyan bəyan edib.

“Bizim oğlumuz Aşot bu yaxınlarda demobilizə olunub, ancaq o da Qarabağa yollanıb”, deyən Paşinyanın arvadı əlavə heç bir aydınlıq gətirməyib. Sosial şəbəkələrin erməni seqmentləri isə Aşotun Qarabağa yollanmasını "növbəti turistik səfər" adlandırıblar və ön cəbhəyə yollanması yalanına inanmadıqlarını bildiriblər.

Qeyd edək ki, Nikol Paşinyan erməni xalqı qarşısında heç bir reytinqə malik deyil və o, dövlət başçısı kürsüsünü tezliklə itirəcəyini anlayaraq, arvadı və oğlu vasitəsi ilə özünün ətrafında süni və uğursuz reklamlar qurur.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə