Uşaq qatili Ermənistan: cavab verməyin zamanıdır! ANALİTİK

Üstəlik qulağıkəsik Andranik babalarının da yerinə cavab verəcəklər, mütləq verəcəklər

Bu gün dünyaya “mülki əhalimiz qırılır” fonunda yenidən “məzlum erməni” görüntüsü yaradan, məhz həmin görüntülər altında cəbhədə davam edən irimiqyaslı hərbi toqquşmalarda uşaq qatilliyini davam etdirən işğalçı Ermənistan ordusu, əslində, bir daha sübut edir ki, bu dövlətin əsas qayəsi terrorçuluqdan ibarətdir. Məhz terroru dövlət siyasəti kimi icra edən bu ölkədə kimlərin hakimiyyətdə olmasından asılı olmayaraq, daim antitürk mövqeyi öndə dayanıb. İstər birinci Qarabağ müharibəsi, istər atəşkəs dövrü, istərsə də atəşkəsin pozulduğu bütün dövrlərdə ermənilərin hədəfləri mülki vətəndaşlarımız, qadınlar, yaşlılar və uşaqlar olub. Bu, danılmazdır və faktlara söykənən acı reallıqdır.

Bütün dünya dərk edir ki, Azərbaycan işğal altında qalan ərazilərinin azad olunmasını tələb edir və 30 ildir danışıqlar masasında nala-mıxa vuran erməni tərəfinin nazı ilə bundan sonra da oynaması limiti bitib-tükənib

Həmin reallıq bu gün də - artıq bir neçə gündür işğalçıların cəbhəboyu istiqamətdə başlatdıqları təxribatçılıq əməllərində davam etməkdədir. Belə ki, sentyabrın 27-dən Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində Naftalan şəhərində bütöv bir ailənin həlak olması xəbəri dünyanı sarsıtdı. Bu qanlı əməlin törədilməsinin baiskarı olan Ermənistan hakimiyyəti isə, hələ də dünya ictimaiyyətini inandırmağa cəhdlər göstərir ki, guya Azərbaycan tərəfinin “günahı” üzündən həmin hadisə baş verib, Azərbaycan ordusu hərbi əməliyyatlara başlamasaydı, həmin hadisə baş verməzdi və s. Əlbəttə, bu erməni xislətinin davam edən mənfur, idbar siyasətidir və aşkar günahı başqalarının üzərinə atmaq sərsəmliyidir. Çünki bütün dünya bilir və dərk edir ki, Azərbaycan sadəcə işğal altında qalan ərazilərinin azad olunmasını tələb edir və 30 ildir danışıqlar masasında nala-mıxa vuran erməni tərəfinin nazı ilə bundan sonra da oynaması limiti bitib-tükənib. Lakin Ermənistanın hələ də bu məsələdə inadkarlıq nümayiş etdirməsi, üstəlik uşaqlarımızı, körpələrimizi hədəfə alması artıq bıçağın sümüyə dirənməsinə səbəb olub və törətdiyi cinayətlərinə görə də cavab verməyə məhkumdur. Azərbaycanın şanlı silahlı qüvvələri düşmənin mülki vətəndaşları ilə deyil, məhz terrorçu ordusu ilə müharibə aparır, layiqli cavablarını verir, ərazilərimizi azad edir.

Terrorçu Ermənistan 1949-cu il Cenevrə Konvensiyalarını kobudcasına pozur və həmin əməllərinə görə də cavabını artıqlaması ilə alacaq və alır!

Bütöv bir ailənin məhv olmasına səbəb olan bu təcavüz nəticəsində həlak olanlardan ikisi - 2007-ci il təvəllüdlü Şəhriyar Qurbanov və onun əmisi qızı, 2006-cı il təvəllüdlü Fidan Qurbanova Z.Rüstəmov adına Qaşaltı Qaraqoyunlu kənd tam orta məktəbinin şagirdləri olublar. Onların ümidlərlə gələcəyə baxan gözləri əbədi olaraq yumulub. Onlar daha yaşamırlar, nəfəs almırlar və bu acı hər bir azərbaycanlının ürəyində qubar bağladı. Bu fakt sübut etdi ki, işğalçı və terrorçu Ermənistan tərəfi Azərbaycanın mülki əhalisini və infrastrukturunu məqsədyönlü şəkildə hədəfə almaqla beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il Cenevrə Konvensiyalarını kobudcasına pozur və həmin əməllərinə görə də cavabını artıqlaması ilə alacaq və alır, lakin mülki əhalisi deyil, məhz ordusu və rəhbərliyi ilə!

Qarabağda və ətraf rayonlarda həmin əməllərini davam etdirirlər

Ancaq bu məsələnin dünya ictimaiyyətinin diqqətinə çatdırılması üçün biz davamlı olaraq işğalçıların uşaq qatilləri olduğunu xatırlatmalıyıq. Çünki bir neçə il əvvəl Füzuli rayonunun Alxanlı kənd sakini, 2 yaşlı Zəhranı və nənəsini qətlə yetirən ermənilərin bu hərəkəti lənətlənsə də, qana həris düşmənlərimiz deyilənlərdən nəticə çıxarmayaraq cinayətkar əməllərini hələ də davam etdirirlər.

20 Yanvar faciəsi ərəfəsində, 19 yanvar 1990-cı ildə Sədərək rayonunu top atəşinə tutan ermənilər həyətlərində oynayan Malik və Elvin qardaşlarının qətlə yetirilmələrini də bizlər unutmamalı və unutdurmamalıyıq.

Münaqişə başlanan illərdə Qərbi Azərbaycanda doğma torpaqlarından qovulan soydaşlarımıza qarşı vəhşiliklər törədən erməni terrorçuları və qaniçənlərinin uşaqlara qarşı qatı cinayətlərə imza atmaları da çoxsaylı sübutlara, faktlara əsaslanır. 10-13 yaşlı uşaqları dəmir boruya dolduraraq ətrafına mazut töküb yandıranlar, körpələri əzabla öldürən ermənilər bu gün Qarabağda və ətraf rayonlarda həmin əməllərini davam etdirirlər.

Yaxud, bilərəkdən çaya axıtdıqları oyuncağa partladıcı yerləşdirən həmin ermənilərdir ki, gəlinciyi götürmək istəyən Tovuz rayon sakini, 13 yaşlı Aygün Şahmalıyevanı qətlə yetirdilər. Erməni snayperinin gülləsi ilə həyatına son qoyulan 9 yaşlı Ağdam rayon sakini Fariz də erməni terrorunun, erməni faşizminin qurbanı olub. Yəni ermənilərin vəhşiliklərindən bəhs edən yüzlərlə, minlərlə belə sübutlar vardır və həmin vəhşiliklərin ən dəhşətlisi əlbəttə ki, Xocalıda törədilmiş soyqırımıdır.

Onların qətlə yetirdikləri uşaqların, yeniyetmələrin, sayı isə minlərlədir

Əbəs deyil ki, Xocalı soyqırımının dözülməz mənzərəsindən, erməni qəddarlığından dəhşətə gələn fransız jurnalisti Jan İv Yunet yazırdı: “Biz Xocalı faciəsinin şahidiyik. Biz Xocalı müdafiəçilərinin, yüzlərlə dinc sakinin - qadınların, uşaqların, qocaların eybəcər hala salınmış cəsədlərini gözlərimizlə gördük... Ermənilər bizim vertolyotu da atəşə tutduqlarına görə çəkilişi başa çatdıra bilmədik. Amma elə yüksəklikdən gördüklərimiz də törədilən vəhşilikləri təsəvvürə gətirmək üçün kifayət edirdi. Bu, tükürpədici mənzərə idi. 5-6 yaşlı uşaqları, qundaqdakı körpələri, hamilə qadınları vəhşiliklə öldürən ermənilər cəlladlıqda heç kəslə müqayisəyə gəlməzlər.”

Ermənilərin işğal etdikləri ərazilərdə əsir götürdükləri azərbaycanlılara qarşı amansız münasibəti əks etdirən, “Moskovskiy komsomolets” qəzetində dərc olunmuş “Neftyanoy sindrom” (29.01. 1994) sərlövhəli məqalədə isə yazılmışdı: “...Növbəti kəndi zəbt edən bir erməninin diri körpəni götürüb iki böldüyünü görmüşəm. Sonra bədəninin bir hissəsi ilə anasının sifətinə, başına o qədər döydü ki, övladının al qanına bulaşmış qadın dəli olub gülməyə başladı.”

Dəhşət doğuran, bu millətin genlərindən irəli gələn qana hərislik xüsusiyyətlərini və vəhşiliklərini əks etdirən nümunələr əsrlərdən bəri azərbaycanlılara, türklərə qarşı törədilən erməni vandalizminin cüzi hissəsi, yalnız uşaqların başına gətirdikləri müsibətlər haqqında etiraflardır. Onların qətlə yetirdikləri uşaqların, yeniyetmələrin, sayı isə minlərlədir.

Malik, Elvin, Aygün, Fariz, Zəhra... onlarla adları bəlli olmayan günahsız körpə

Söz yox ki, bütün bu vəhşiliklərə son qoymağın tam zamanıdır. Qısa zamanda Ermənistanın əvvəlki və hazırkı hərbi-siyasi rejimləri, həmçinin “dqr” terrorçuları qətlə yetirdikləri Malik, Elvin, Aygün, Fariz, Zəhra... onlarla adları bəlli olmayan günahsız körpə, uşaq, yeniyetmə üçün cavab verməli olacaqlar. Üstəlik, qulağıkəsik Andranik babalarının da yerinə cavablarını verəcəklər, mütləq verəcəklər!

Bu gün isə tarix yazan və qürur mənbəyimiz olan zabit və əsgərlərimizə torpaqlarımızın işğaldan azad edilməsi yolunda apardıqları namus mübarizəsində uğurlar, qələbələr, zəfərlər arzulayırıq, Allah hər birinə yar olsun!

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə