İran beynəlxalq sanksiyalara görə xarici şirkətlərin ölkədəki neft-qaz layihələrindən geri çəkilməsi boşluğunu doldurmaq istəyir. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, İran, İraq və Suriya arasında qaz kəmərinin tikintisi ilə bağlı yaxın günlərdə üç ölkənin neft nazirlərinin iştirakı ilə ilk sənəd imzalanacaq. İranın neft nazirinin müavini və Milli Qaz Şirkətinin icraçı direktoru Cavad Oci bildirib ki, ötən həftə Bağdadda İran, Suriya və İraq rəsmiləri arasında qaz kəmərinin tikintisi və qazın nəqli ilə bağlı müzakirələr keçirilib. Onun sözlərinə görə, üç ölkə rəsmilərinin razılığına əsasən, İranın "Cənub Pars" layihəsi çərçivəsində hasil olunan qaz bu üç ölkənin ərazisindən keçərək Livan, Aralıq dənizi və Avropaya nəql olunacaq: "Bunun üçün 5600 kilometrlik qaz boru kəməri tikiləcək. Kəmərin sutkalıq gücü 110 milyon kubmetr olacaq. Bu kəmərin tikintisi üçün 5-6 milyard dollar vəsait sərf olunacaq. Qaz boru kəmərinin inşasına sərmayə yatırmaq üçün hazırda bir xarici şirkətlə danışıqlar aparılır. Yaxın günlərdə həmin şirkətlə saziş imzalanacaq"
Qeyd edək ki, son aylarda "Cənub Pars" layihəsinin fazalarında 25 faiz inkişaf planlaşdırılmışdı, lakin bu rəqəm 0,5 faiz reallaşdırılıb. "Cənub Pars" layihəsi 28 fazadan ibarətdir və hazırda onun 10 fazası işlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB