BDİA Ermənistanın hərbi hücum təxribatı ilə bağlı bəyanat yayıb

Beynəlxalq Dialoq və İnkişaf Alyansı (BDİA) işğalçı Ermənistanın Azərbaycana qarşı növbəti 27 sentyabr 2020-ci ildə hərbi hücum təxribatı ilə bağlı bəyanat yayıb. SİA-ya bu barədə məlumatı BDİA-nın sədri Nüşabə Məmmədova çatdırıb.

Qeyd edək ki, bəyanat Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının sədri Abdou Abarryyə, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin rəhbərlərinə göndərilib.

Bəyanatda yazılır:

"Ermənistan silahlı qüvvələri tərəfindən cəbhə bölgəsində sıx məskunlaşmış kəndlərin atəşə tutulması nəticəsində ölən və yaralanan mülki şəxslər var. Çox sayda ev və mülki obyekt ciddi şəkildə ziyan görüb. Ermənistan tərəfindən qəsdən yaşayış məntəqələri və mülki şəxslərin hədəf alınması 1949-cu il Cenevrə Konvensiyası da daxil olmaqla beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasıdır.

Ermənistan BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinə və digər nüfuzlu beynəlxalq təşkilatların qətnamələrinə və çağırışlarınə məhəl qoymur, beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozur. Ermənistanın bölgədə yaratdığı potensial təhlükəli vəziyyət beynəlxalq təşkilatlar və sülhsevər dövlətlər tərəfindən kəskin şəkildə pislənilməli və Erməsintan təcavüzünə, işğal siyasətinə son qoylamluıdır..Beynəlxalq Dialoq və İnkişaf Alyansı olaraq, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan torpaqlarından dərhal çıxarılmasını tələb edirik. Beynəlxalq təşkilatları və dünya birliyini Ermənistanın Azərbaycan ərazisində törətdiyi cinayətlərə lazımi hüquqi qiymət verməyə və beynəlxalq hüquq pozuntularının qarşısını almağa, Ermənistana qarşı ciddi sanksiyalar tətbiq etməyə və təcili tədbirlər görməyə çağırırıq".

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...