Rusiyadan İrana enerji jesti!

Rusiya İranı atom enerjisi ilə təmin edir. SİA-nın məlumatına görə, İran Bəsrə körfəzindəki Atom elektrik stansiyasının (AES) nüvə yanacağını Rusiyadan alıb.

 

Atom enerjisi təşkilatının səlahiyyətlisi Həmid Gəyami açıqlaması zamanı bildirib ki, nüvə yanacağı 2 gün ərzində ölkəyə idxal edilib: "Bəsrə körfəzinin yaxınlığındakı AES-ə lazım olan nüvə yanacağını yenə Rusiyadan aldıq. Yanacaq ölkəyə mayın 8-dən 10-a kimi 3 mərhələdə gətirilib".

 

Xatırladaq ki, ABŞ və bəzi Qərb ölkələri İranın atom bombası istehsal edə biləcəyi ehtimalını irəli sürürlər. Rəsmi Tehran isə enerji ehtiyacını qarşılaya bilmək üçün ölkə daxilində 19 atom elektrik stansiyası inşa etməyi planlaşdırır.

 

Qeyd edək ki, uran zənginləşdirmə fəaliyyətinə davam etdiyi üçün İrana qarşı bir sıra sanksiyalar tətbiq edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə