“Əsir götürülən Azərbaycan hərbçisi yoxdur” Ermənistan Müdafiə Nazirliyi

Ermənistan tərəfi bir nəfər də olsun Azərbaycan hərbçisini əsir götürməyib. SİA Ermənistanın aysor.am saytına istinadən xəbər verir ki, bu sözləri Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Ohannisyan deyib.

Məlumatda qeyd olunur ki, Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Ermənistan tərəfinin Azərbaycan hərbçilərindən əsir götürməsi barədə yayılan xəbərləri təkzib edib. Nazirliyin nümayəndəsi Artsrun Ohannisyan bildirib ki, Ermənistan tərəfində əsir götürülən Azərbaycan hərbçisi yoxdur.

Xatırladaq ki, Ermənistan tərəfə əsir düşən hərbçilər barədə yalan informasiyalar yayılıb və sözügedən ölkənin Müdafiə Nazirliyinin nümayəndəsi bu informasiyaların yalan olduğunu etiraf edib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə