Paşinyanın beynini dolduran Anna Akopyandır? SİNAN OĞAN

Paşinyanın beynini dolduran Anna Akopyandır? SİNAN OĞAN

Paşinyanın beynini dolduranlardan biri də silahlarla poz verən arvadı Anna Akopyandır". SİA xəbər verir ki, bu barədə TÜRKSAM rəhbəri, tanınmış türk politoloqu Sinan Oğan "Twitter" hesabında işğalçı Ermənistanın cəbhə xəttində törətdiyi təxribatlara münasibətini yazarkən qeyd edib.

"Ermənistanın Baş naziri Nikol Paşinyanın beynini çox pis doldurublar", yazan politoloq əlavə edib ki, müharibəni "Instagram pozu" zənn edən, mülki şəxslərdən 100 min nəfərlik ordu quracağını söyləyən, hərbi geyim və silahlarla poz verən Anna Akopyan ərinin beynini kifayət qədər doldurmağa müyəssər olub.

Sinan Oğanın paylaşımına türkiyəli "Twitter" istifadəçiləri böyük maraq göstərib. Azərbaycan xalqına və ordumuza çoxsaylı dəstək mesajları yazılıb.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə