NATO Dağlıq Qarabağda vəziyyətin gərginləşməsi ilə bağlı narahatlığını bəyan edib

NATO Dağlıq Qarabağda vəziyyətin gərginləşməsi ilə bağlı narahatlığını bəyan edib

NATO Dağlıq Qarabağ regionunda vəziyyətin gərginləşməsi ilə bağlı bəyanat yayıb.

SİA-nın məlumatına görə, təmas xəttində genişmiqyaslı hərbi əməliyyatlar barədə məlumatlar NATO-nun dərin narahatlığına səbəb olub.

Bəyanatda deyilir: "Münaqişə tərəfləri dinc əhali arasında itkilərə səbəb olan döyüş əməliyyatlarını dərhal dayandırmalıdır. Bu münaqişənin hərbi həlli yoxdur. Tərəflər sülh nizamlanması ilə bağlı danışıqları bərpa etməlidirlər. NATO ATƏT-in Minsk Qrupunun səylərini dəstəkləyir",

Bütün xəbərlər Facebook səhifəmizdə