Ermənilər dilənməyə başladılar: məğlubiyyətləri qaçılmazdır! ANALİTİK

İşğalçı Ermənistanın hərbi ritorikası ənənəvi olaraq yenidən "məzlum erməni" siyasəti ilə əvəzlənməyə başlayıb. Belə ki, işğalçıların növbəti silahlı təxribatından sonra, Azərbaycan Ordusunun bütün cəbhə boyu əks-hücuma keçməsi, eləcə də, işğal altındakı ərazilərimizin azad edilməsi yönündə keçirdiyi uğurlu əməliyyatlar bütövlükdə düşmən tərəfini sarsıdıb.

Əldə ediləcək vəsaitlərin terrorçuluq məqdəsi daşıdığını da istisna etmək olmaz!

SİA xəbər verir ki, Armenianreportun məlumatına görə, artıq Ermənistanda "Biz və bizim sərhədlər: hamı Artsax üçün" şüarı ilə növbəti pul dilənmə kampasiyasına başlanılıb. "Ümummilli kampaniya" adı altında başladılan dilənçilik kampaniyasının bəyanatında bildirilir ki, Ermənistanın "Vahid informasiya mərkəzi" ölkənin mərkəzi bankında hesab açıldığını qeyd edib və "mühüm ümumerməni təşəbbüsünə" dünyanın bütün erməniləri tərəfindən maddi dəstəyin göstərilməsini istəyib. "Məqsəd", Qarabağdakı ermənilərə vəsaitlər ötürməkdən ibarət olsa da, əslində, əldə ediləcək vəsaitlərin məhz terrorçuluq istiqamətində xərclənəcəyini də istisna etmək olmaz.

Paşinyanın arvadı Xankəndidə ərini xilas etməyə cəhd göstərir

Bu arada, adıçəkilən erməni portalından əldə etdiyimiz daha bir informasiyaya görə, Ermənistanın siyasi hakimiyyəti Qarabağda Azərbaycan Ordusunun zəfər yürüşündən sonra laxladığını hiss edərək, müxtəlif vasitələrlə aldıqları sarsıdıcı məğlubiyyətlərini ört-basdır etməyə cəhdlər göstərirlər. Baş nazir Nikol Paşinyanın arvadı Qarabağa gedərək, xəstəxana və hospitallarda şəkillər çəkdirir, həmin vasitə ilə qəzəblənmiş və müharibə istəməyən sadə ermənilər qarşısında özünə və ərinə siyasi xal toplamağa çalşır.

Ermənistanın səhiyyə nazirliyi qan tələb edir, hərbi-siyasi dairələr isə "qalib stereotipi" qurmağa çalışır?

Başqa tərəfdən, daha bir maraqlı fakt budur ki, ermənilərin hərbi siyasi-dairələri bir tərəfdən aldıqları məğlubiyyətləri, böyük itkiləri və ərazi itkilərini əllərində heç bir əsasları olmadan gizlətməyə çalışır, "qalib stereotipi" yaratmağa cəhd göstərirlər, digər tərəfdən Ermənistanın səhiyyə nazirliyi ölkədə qan qıtlığı barədə rəsmi məlumat yayır və sübut edir ki, əslində, erməni silahlı birləşmələri çoxsaylı hərbçi itkiləri - ölü və yaralıları ilə qarşı-qarşıya qalıblar.

Həmçinin, Armenianreport hələ yerli vaxtları ilə saat 15:49-da məlumat yayaraq yazıb ki, Xankəndidəki hərbi hospitallara təcili qan lazımdır. "Qan vermək istəyənlər Stepanakert, ya da Yerevan hospitallarına müraciət edə bilərlər", deyə həmin məlumatda bildirilir.

Sonuncu məlumata görə isə, Xankəndi hospitalına yaralı hərbçilərin sürətli axını başlayıb. Qan isə çatışmır. "Bu məqsədlə biz əhaliyə müraciət etmişik. Bizə qan lazımdır", deyə hospitalın həkimləri bildiriblər.

Göründüyü kimi, ermənilərin növbəti "məzlumluq" oyunlarına başlanılıb və bu dəfə onların bu oyunlarına beynəlxalq aləm də inanmır. Qələbə isə Azərbaycanındır!

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə