“Prezident Azərbaycanın haqq səsini hər zaman yüksək kürsülərdən səsləndirib" ÖZƏL-MÜNASİBƏT

“Prezident İlham Əliyev Azərbaycanın haqq səsini hər zaman yüksək kürsülərdən səsləndirib. Bilirsiz ki, Azərbaycan beynəlxalq təşkilatlar çərçivəsində fəal iştirak edən bir dövlətdir, BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdir. Bu il BMT-nin növbədənkənar sessiyasının çağırılması təşəbbüsü ilə çıxış etmişdir”. Bunu SİA-ya Azərbaycan-Amerika Gəncləri İctimai Birliyinin sədri Vüqar Əhmədov deyib.

Sədrinin sözlərinə görə, bütün bu platformalardan yararlanaraq ölkə başçısı Azərbaycanın üzləşdiyi işğal faktını, BMT-nin məlumat dörd qətnaməsini dünya ictimaiyyətinin nəzərinə çatdırır: “Beynəlxalq hüquq və qanunlar Azərbaycanın tərəfindədir, bütün dünya ölkələri Azərbaycanın ərazi bütövlüyünü tanıyır və qəbul edir. Dünya birliyi bir daha ölkəmizin üzləşdiyi erməni təxribatları haqqında məlumatlandı. Azərbaycan BMT-dən sonra ikinci böyük beynəlxalq təşkilat olan Qoşulmama Hərəkatına sədrlik edir. Burada da Azərbaycanın qətiyyətli mövqeyi nümayiş etdirilir. Azərbaycan Ermənistandan fərqli olaraq dünya birliyi və beynəlxalq təşkilatlar tərəfindən məhz Prezident İlham Əliyevin apardığı aktiv xarici siyasət nəticəsində rəğbətlə qarşılanır. Bu xüsusda son illər Ermənistan baş naziri ilə Azərbaycan prezidentinin beynəlxalq platformalar çərçivəsində debat və görüşlərini xatırlatmaq yerinə düşər ki, bu görüşlərdə də Paşinyan ölkə rəhbərimizin diplomatik məharəti və arqumentləri qarşısında aciz durumda qalmışdır. Məhz bu səbəbdən Prezident Əliyevlə görüşdən çəkinir”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə