KİV redaksiyalarında siqaret əleyhinə maarifləndirmə proqramı aparılacaq
Jurnalistlər Sülh və İnkişaf Uğrunda İctimai Birliyi, "Siqaretsiz mətbuat" kampaniyası çərçivəsində gələn həftədən başlayaraq qəzet redaksiyalarında, informasiya agentliklərində və televiziya şirkətlərində ardıcıl görüşlər keçirməyə başlayacaq. Bu barədə SİA-ya qurumun rəhbəri Mətləb Salahov bildirib. Onun bildirdiyinə görə, artıq kampaniya çərçivəsində görüləcək ilkin işlər və KİV-lərə təqdim olunacaq təkliflər üzərində iş başa çatıb:
"Bilirik ki, bu iş çox çətindir. Amma nəzərə alsaq ki, siqaretə daha çox yaradıcı adamlar meyllənir və KİV-də çalışanlar arasında siqaret çəkənlər daha çoxdur, onda bu kampaniyanın nə qədər vacib və gərəkli olduğunu aydınca görürük. Biz gələn həftədən təxminən 32-dək KİV orqanına bu təklifləri çatdıracağıq. Bunun ardınca da dərhal KİV redaksiyalarında siqaretin insanın daxili orqanlarında törətdiyi ölümcül fəsadları, insan ömrünü sürətlə azaltmasını, xüsusi ilə irsi olaraq gələcək nəsillərə keçən sağalmaz xəstəlikləri barədə ətraflı məlumatları əks etdirən maarifləndirmə plakatları paylanılacaq. Eyni zamanda, KİV-də çalışan jurnalistlər üçün mütəmadi olaraq aylıq seminarların da təşkil olunması nəzərdə tutulur."
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB