"Bakının ətrafında yerləşən yaşayış məntəqələrinin abadlığına ciddi fikir verilir" ÖZƏL-MÜNASİBƏT

“Azərbaycanın bütün bölgələrinin, o cümlədən paytaxt Bakının ətrafında yerləşən yaşayış məntəqələrinin abadlığına ciddi fikir verilir. Son dövrlərdə Azərbaycanın turistləri cəlb edən bir məkan kimi inkişafı yeni turist məkanlarının yaradılmasını da vacib edir". Bunu SİA-ya millət vəkili Aydın Mirzəzadə deyib.

Deputatın sözlərinə görə, Bakı kəndlərində yol, kommunikasiya xətlərinin yenilənməsi, yeni məktəblərin, xəstəxanaların tikilməsi, icma klublarının yaradılması daima diqqətdə idi: "Amma son dövrlər Bakı kəndlərinin o tarixdən gələn koloritinin saxlanılmasını çox vacib edir. Bunu həm həyat diqtə edir, həm də tarixən Bakı ətrafında özünün yaşayış mədəniyyəti, özünün təbiətə qovuşması ilə fərqlənən bir kolorit yaranmışdı. Cənab Prezidentin göstərişi ilə artıq Bakı kəndlərində o yaşam tərzinin saxlanılması, ona yeni elementlərin əlavə edilməsi öz əksini tapır. Bu layihələr çox uğurlu alınır. Bu bir tərəfdən insanların həyatını daha da yaxşılaşdırır, digər tərəfdən Bakının mərkəzinə axını əks istiqamətə yönəldir. Üçüncü tərəfdən isə həmin o məkanlar artıq bir turist mərkəzinə də çevrilir. Xaricdə olarkən tez-tez, hətta Avropa paytaxtlarının mərkəzlərində belə kənd stilində milli koloritə uyğun olan yaşayış binalarının və yaxud da parkların, yol infrastrukturunun qorunub saxlanıldığının şahidi oluruq. Bu baxımdan Bakı kəndlərinin də yeni simasının yaradılması hamı tərəfindən müsbət qiymətləndirilir. Hesab edirəm ki, biz qısa bir zamanda bütün 30-dan çox Bakı kəndlərinin hamısında yenilənmiş sima görəcəyik”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə