Hüsnü Mübarəki soydular
Hüsnü Mübarəkin 320 milyon dolları Misirin yeni hökumətinə veriləcək. SİA-nın "Lenta.ru" saytına istinadən verdiyi xəbərə görə, bu barədə qərar İsveçrə hökumətinin nümayəndə heyəti ilə Misirin Ədliyyə Nazirliyi arasında danışıqlardan sonra qəbul edilib. İsveçrə nümayəndə heyətinin rəhbəri bildirib ki, ölkənin sabiq rəhbəri Hüsnü Mübarəkin İsveçrə banklarındakı 320 milyon dollar vəsaiti özündə saxlamaq niyyətində deyil.

Bütün xəbərlər Facebook səhifəmizdə