Azərbaycan Prezidenti ATƏT-in KİV azadlığı üzrə nümayəndəsinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Prezidenti ATƏT-in KİV azadlığı üzrə nümayəndəsinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 11-də ATƏT-in KİV azadlığı üzrə nümayəndəsi xanım Dunya Miyatoviçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. SİA-nın Prezidentin rəsmi saytına istinadən verdiyi xəbərə görə, görüşdə Azərbaycanda kütləvi informasiya vasitələrinin fəaliyyəti, media sahəsində Azərbaycan ilə ATƏT arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə