Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü qurumun komitə iclasında iştirak edəcək

Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü qurumun komitə iclasında iştirak edəcək
Milli Məclisin deputatı, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Rafael Hüseynov mayın 11-dən 15-dək Sloveniyanın Lyublyana və Xorvatiyanın Zaqreb şəhərlərində səfərdə olacaq. SİA-nın yap.org.az saytına istinadən verdiyi xəbərə görə, millət vəkili Avropa Şurası Parlament Assambleyasının Mədəniyyət, elm və təhsil komitəsinin iclasında iştirak edəcək. İclasda media siyasəti və informasiya cəmiyyətinin çağırışları, gənclərin hüquqlarına dair konvensiya, Avropa ali təhsil məkanında təhsil müəssisələrinin idarə olunması və digər mövzularda müzakirələr aparılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə