ABŞ su altında qalıb

ABŞ-ın bir sıra ştatları su altında qalıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, buna səbəb Missisipi çayının səviyyəsinin həddindən artıq yüksəlməsidir. Çayın səviyyəsinin artımı davam edir və mütəxəssislər daha ağır günlərin hələ qarşıda ola biləcəyini söyləyirlər.

 

Hazırda Missuri, İllinoys, Kentukki, Tennesi və Arkanzas ştatları su altındadır. Kənd təsərrüfatı məhsullarının əkildiyi 52 min hektardan artıq sahə tamamilə məhv olub. Saysız-hesabsız ev də su altında qalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə