XİN Nikol Paşinyanın təxribatçı fəaliyyəti ilə bağlı məlumat yaydı - SİYAHI
Azərbaycan Xarici İşlər (XİN) Nazirliyi Ermənistanın Baş naziri Nikol Paşinyanın təxribatçı fəaliyyəti ilə bağlı açıqlama yayıb. XİN-dən SİA-ya verilən məlumatda deyilir:
- Baş nazir Nikol Paşinyanın rəhbərliyi altında Ermənistan tərəfindən həm sözdə, həm də əməldə törədilmiş təxribatlar zənciri (qeyri-məhdud siyahı əlavə olunur) Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınması üzrə danışıqlar prosesinə zərbə vurmuş və regiondakı gərginliyin ciddi şəkildə artmasına gətirib çıxarmışdır. Təcavüzkar hərbi hərəkətlər ilə müşayiət olunan təhrikedici bəyanatlar, hərbi və digər təxribatlar Ermənistanın Azərbaycana qarşı növbəti təcavüzə hazırlaşdığını göstərir.
Beynəlxalq ictimaiyyətin mümkün bütün gözləntilərini puça çıxararaq, Ermənistan rəhbərliyi hakimiyyətə gəldiyi ilk gündən etibarən özünün sələflərinin ilhaqçı siyasətini təkrarlamaq seçimini etmişdir. Ermənistan ictimai şəkildə ATƏT-in Minsk Qrupunun rəhbərliyi ilə illərdən bəri aparılan danışıqlar prosesinin Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən mərhələli şəkildə çıxarılmasını nəzərdə tutan məntiqi və anlayışından imtina etdiyini bəyan etmiş və beləliklə danışıqlara zərbə vurmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 19 sentyabr tarixində verdiyi müsahibəsində bildirdiyi kimi Ermənistanın “cəfəng bəyanatları və təxribat xarakterli addımları danışıqları mənasız edir”.
Əksinə, Paşinyanın rəbərliyi altında Ermənistan “yeni ərazilər üçün yeni müharibə” konsepsiyasını nəzərdə tutan və bu ölkənin danışıqlar prosesində strateji məqsədini müharibənin nəticələrini qoruyub saxlamaq kimi müəyyən edən hərbi doktrina və milli təhlükəsizlik strategiyası qəbul etmişdir. Yaxın Şərq bölgəsindən etnik ermənilərin işğal edilmiş ərazilərə qanunsuz köçürülməsi də daxil olmaqla, Azərbaycanın işğal edilmiş ərazilərində intensivləşən və genişlənən qanunsuz fəaliyyətləri ilə birlikdə Ermənistanın hazırkı rəhbərliyi birmənalı şəkildə sübut edir ki, bu ölkə ilhaqçı siyasət yürüdür və ATƏT-in Minsk Qrupunun himayəsi altında danışıqlardan bu məqsədlə sui-istifadə edir.
Ermənistanın təcavüzkar davranışı iyul ayının 12-16-da Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində məqsədyönlü təcavüz aktı ilə kulminasiya nöqtəsinə çatmışdır. Bu silahlı hücum təsadüfi bir hərbi insident olmayıb, Ermənistanın Azərbaycan Respublikasına qarşı qanunsuz güc tətbiqinin növbəti açıq təzahürüdür və Azərbaycanın yeni ərazilərini zəbt etmək məqsədi güdmüşdür.
Bu “sınaq” hücumunda uğursuzluğa uğrayan, lakin, yenə də növbəti təcavüz aktına hazırlıq görən Ermənistan külli miqdarda silah və sursat tədarük etmiş və öz qüvvələrini təmas xətti boyunca cəmləşdirmişdir. Azərbaycanın vacib mülki infrastrukturu və böyük yaşayış məntəqələrinə hərbi zərbə endirmək barəsində təhdidlər Ermənistanın Azərbaycan ərazisinin dərinliyində intensivləşmiş hərbi kəşfiyyat və diversiya hərəkətləri ilə müşayiət olunur. Buna paralel olaraq, Ermənistan Azərbaycana qarşı hərbi fəaliyyət göstərmək üçün istifadə ediləcək on minlərlə mülki şəxsdən ibarət hərbi dəstələrin yaradıldığını elan etmişdir.
Ermənistanın yeni hərbi hücuma hazırlığı kontekstində Azərbaycan beynəlxalq ictimaiyyəti, xüsusilə ATƏT-in Minsk Qrupunun həmsədrlərini Ermənistanı sağlam düşüncəyə gətirməyə və bu ölkəni yeni təcavüzdən çəkinməyə məcbur etməyə çağırır.
Ermənistanın rəhbərliyi təxribatçı bəyanatlarını geri götürməli, sabitliyi pozan bütün fəaliyyətlərini dayandırmalı və münaqişənin parametrləri BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi və ATƏT-in qərar və sənədləri ilə artıq müəyyən edilmiş siyasi həllinə nail olmağa dair öhdəliklərinə vicdanla əməl etməlidir. Bu baş verməyənədək Ermənistan rəsmilərinin guya bu ölkənin danışıqlara hazır olduğuna dair bəyanatları nə Azərbaycanı nə də beynəlxalq ictimaiyyəti aldada bilməz.
Prezident cənab İlham Əliyevin BMT-nin 75 illik yubileyinə həsr edilmiş yüksək səviyyəli tədbirdə bildirdiyi kimi, sülhə nail olmaq üçün yalnız bir yol mövcuddur: Ermənistanın silahlı qüvvələri Azərbaycanın bütün işğal edilmiş ərazilərindən çıxmalıdır. Azərbaycanın ərazi bütövlüyü heç vaxt kompromis predmeti olmamışdır və heç vaxt olmayacaqdır.
Nikol Paşinyanın 8 may 2018-ci il tarixində Ermənistanın Baş naziri seçilməsindən bu günədək həyata keçirdiyi təxribatçı fəaliyyəti
Tarix |
Fəaliyyət |
8 may 2018-ci il |
Nikol Paşinyan Baş nazir seçilməzdən əvvəl, Ermənistanın Milli Məclisinə müraciətində, Azərbaycanın işğal olunmuş ərazilərində qurulmuş qanunsuz rejimin danışıqlarda iştirak etməsi məsələsini qaldırmışdı. Beləliklə, o, danışıqların formatını şübhə altına almağa başladı və müxtəlif tədbirlərdə bunu dəfələrlə təkrarladı. |
9 may 2018-ci il |
Seçkinin ertəsi günü Nikol Paşinyan həyat yoldaşı ilə birlikdə Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə səfər edib. O, Xankəndidə Azərbaycanın Şuşa şəhərinin işğalının qeyd olunmasında iştirak etmişdir, “düşmənin qarşısının alınması” mexanizminin təkmilləşdirilməsi məsələsini müzakirə edib və Şuşada “Erməni Dram Muzeyi” ni açıb. |
16 iyun 2018-ci il |
Nikol Paşinyan yenidən işğal olunmuş Azərbaycan ərazilərini ziyarət edib, Ermənistan silahlı qüvvələrinin işğal altında olan Dağlıq Qarabağ bölgəsinin şərq hissəsindəki mövqelərini yoxlayıb və qanunsuz rejim “rəsmiləri” ilə hərbi məsləhətləşmələr aparıb. |
9 iyul 2018-ci il |
Nikol Paşinyan oğlunu Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirilmiş Ermənistan silahlı qüvvələrinin bölmələrində hərbi xidmət keçməyə göndərib. O bildirib ki, bu jest daha çox erməninin orduya cəlb edilməsinə təşviq etmək məqsədi daşıyır. |
8 sentyabr 2018-ci il |
Moskvada rus-erməni iş adamları ilə görüşən Nikol Paşinyan açıq şəkildə “Artsaxı gələcəkdə Ermənistanın bir hissəsi kimi qəbul etdiyini” söyləyib. |
27 fevral 2019-cu il |
Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsyan işğal altında olan Xankəndi şəhərində keçirdiyi mətbuat konfransında deyib: “Məskunlaşdırma proqramı adlandırdığımız proqram, mənim və hər kəsin nəzərində, ölkəmizin təhlükəsizliyinin əsas təminatı olacaqdır. Çünki bu mövzunu həmişə sanki torpaqlar geri qaytarılacaq, danışıqlar aparılacaq, güzəştə gediləcək və s. kimi təhrif edən insanlar, çıxışlar və ifadələr var. Bu proqram nəticəsi olaraq xalqımıza və dünyaya bir qarış torpaqdan imtina etmək niyyətində olmadığımıza dair açıq bir mesaj göndərəcəyik; əksinə, soydaşlarımız o torpaqlarda məskunlaşmalı və ölkəmizi qurmalıdırlar.” |
30 mart 2019-cu il |
Ermənistanın müdafiə naziri Davit Tonoyan Nyu Yorkdakı erməni icması ilə görüşündə “sülh üçün ərazilər” yanaşmasının tətbiq olunmayacağını bildirmişdir. “Müdafiə naziri olaraq elan edirəm ki, sülh üçün ərazilər adlı bu format, tərəfimdən yeni ifadə ilə əvəzlənmişdir. Biz bunun əksini edirik - yeni ərazilər üçün yeni müharibə” deyə Tonoyan qeyd etmişdir. O, həmçinin Ermənistanın hücum bölmələrinin sayını artıracağını söyləyib. |
9 may 2019-cu il |
Nikol Paşinyan Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edərək, Şuşa şəhərinin işğalı ilə əlaqədar keçirilən şənliklərdə iştirak edib. |
30 may 2019-cu il |
Ermənistan cəbhə xəttində atəşkəs rejimini kobud şəkildə pozub. ATƏT-in Minsk Qrupu həmsədrlərinin Azərbaycana səfər etdiyi vaxtda, mayın 30-da səhər saatlarında Azərbaycan Ordusunun mayoru Aqil Ömərov Ağdam rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin snayperi tərəfindən vurularaq həlak olub. |
10 iyun 2019-cu il |
Müdafiə naziri D.Tonoyan cəbhənin Tərtər rayonu istiqamətində Azərbaycan əsgərinin öldürülməsinə şəxsən əmr verdiyini təsdiqləyib və Azərbaycan əsgərinin qatilini ictimai şəkildə mükafatlandırıb. |
5 avqust 2019-cu il |
Pan-erməni oyunlarının başlaması ərəfəsində Nikol Paşinyan bəyan edib ki, “Artsax Ermənistandır, Nöqtə”, izdiham “Miatsum” (Birləşmə) şüarları səsləndirib. |
6-17 avqust 2019-cu il |
Ermənistan ilk dəfə Azərbaycanın işğal olunmuş ərazilərində Pan-Erməni Oyunları keçirib. |
9 avqust 2019-cu il |
Ermənistan Sərsəng Su Anbarının infrastrukturunun dəyişdirilməsinə yönəlmiş 4 illik başqa bir layihə elan edib. Ermənistan tərəfi, Ermənistanı Azərbaycanın işğal olunmuş əraziləri ilə birləşdirmək üçün üçüncü avtomobil yolunun inşasını elan edib. Beynəlxalq hüquqa və Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olan bu infrastruktur dəyişiklikləri Azərbaycan ərazilərinin işğalının möhkəmləndirilməsini hədəfə alır. |
24 sentyabr – 5 oktyabr 2019-cu il |
Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərində “Silahlı Qüvvələrin genişləndirilməsi: Düşmənin təcavüzünə qarşı mübarizə” adlı genişmiqyaslı hərbi təlimlər keçirib. |
23 dekabr 2019-cu il |
Yerevanda, Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan və qanunsuz rejimin “prezidenti” Arayik Harutyunyanın həmsədrliyi ilə Ermənistan və Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qanunsuz rejimin Təhlükəsizlik Şuralarının birgə iclası keçirilib. |
31 mart 2020-ci il |
Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz “parlament” və “prezident” seçkiləri keçirib. |
21 aprel 2020-ci il |
Ermənistan Xarici İşlər naziri Zohrab Mnatsakanyan, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun “Dağlıq Qarabağ ətrafındakı bir sıra ərazilərin azad edilməsi və nəqliyyat, iqtisadi və digər əlaqələrin açılması” ilə bağlı açıqlamalarını şərh edərək deyib: “Heç bir güzəşt olmayıb və olmayacaq. Erməni tərəfi heç vaxt bu yanaşmanı tətbiq etməyəcəkdir ”. |
23 aprel 2020-ci il |
Ermənistanın Xarici İşlər Nazirliyi mərhələli yanaşmanı nəzərdə tutan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli təklifinin qəbuledilməz olduğunu bəyan edib. |
26 iyun 2020-ci il |
Ermənistan silahlı qüvvələri Baş Qərargah rəisi Onik Qasparyanın iştirakı ilə Azərbaycanın işğal olunmuş ərazilərində hərbi təlimlər keçirib. |
10 iyul 2020-ci il |
Ermənistan, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinin məqsədinin Ermənistanın Azərbaycana qarşı başlatdığı müharibənin nəticələrinin möhkəmləndirilməsi olduğunu müəyyənləşdirən, yenidən işlənmiş Milli Təhlükəsizlik Strategiyasını qəbul edib. |
12-16 iyul 2020-ci il |
Ermənistan, Azərbaycan-Ermənistan beynəlxalq sərhədində, Tovuz bölgəsi istiqamətində Azərbaycanın mövqelərinə hücum edib. Azərbaycanın 12 hərbçisi və bir mülki şəxs qətlə yetirilib. |
23 iyul 2020-ci il |
Nikol Paşinyan iyul toqquşmalarından sonra Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı Ermənistanın mövqeyinin gücləndirildiyini bəyan edib və 7 şərt irəli sürüb: Ermənistanın və qanunsuz rejimin “təhlükəsizlik sistemi gücləndirilməlidir, qanunsuz rejim “danışıqların tam hüquqlu tərəfi olmalıdır”, atəşkəs rejiminin monitorinqi gücləndirilməlidir və s. |
4 avqust 2020-ci il |
Beyrutda baş vermiş dağıdıcı partlayışdan sonra, Ermənistan Livan ermənilərini Azərbaycanın işğal olunmuş ərazilərinə köçürmək planını elan edib. Erməni kütləvi informasiya vasitələrinin məlumatına görə, Livandan olan bir çox erməni Şuşa şəhəri daxil olmaqla işğal olunmuş ərazilərdə məskunlaşıb. Beləliklə, Ermənistan 2020-ci ildə qanunsuz məskunlaşma siyasətini intensivləşdirib. |
11 avqust 2020-ci il |
Qanunsuz rejim “əsas inzibati ofisləri” işğal altında olan Şuşa şəhərinə köçürmək niyyətini elan edib. |
17 avqust 2020-ci il |
Qanunsuz rejim Azərbaycanın Gəncə şəhərini vurmaqla hədələyib. |
26 avqust 2020-ci il |
Ermənistan Müdafiə Nazirliyi, Ermənistanın silahlı qüvvələrini gücləndirəcək və Ermənistanın sərhədlərinin “təhlükə altında olan hissələrində” və ya “düşmənlə təmas xəttində” yerləşdirilə bilən ümummilli milis dəstəsini yaratmaq planını elan edib. |
28 avqust 2020-ci il |
Nikol Paşinyan 12-16 iyul 2020-ci il tarixlərində Azərbaycana qarşı hərbi əməliyyat həyata keçirən erməni hərbçilərinin mükafatlandırılması mərasimini keçirib. O, çıxışında 1990-cı illərin əvvəllərindəki hərbi əməliyyatlar zamanı azərbaycanlı mülki şəxslərə qarşı etdikləri əməllərə görə Monte Melkonyan kimi erməni terrorçularına bir daha tərif yağdırıb. |
25-31 avqust 2020-ci il |
Ermənistan Baş nazirinin həyat yoldaşı Anna Hakobyan digər qadınlarla birlikdə Azərbaycanın işğal olunmuş ərazilərində döyüş və atıcılıq təlim kurslarında iştirak edib. Təlimin video və fotoları mediada geniş şəkildə yayılıb. |
29 avqust 2020-ci il |
Nikol Paşinyan Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edib. O, həm 1990-cı illərin əvvəllərində, həm də 2020-ci ilin iyul ayında Azərbaycana qarşı hərbi təcavüzdə iştirak edən hərbi qulluqçuları mükafatlandırıb. |
21 sentyabr 2020-ci il |
Nikol Paşinyan Ermənistanın müstəqilliyinin 29-cu ildönümündə xalqa ismarış verib. İsmarışın ikinci sətrində “Artsax Respublikasının qürurlu vətəndaşlarına!” deyilir. |
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər

Xəbər lenti
Əhliləşdirilmiş ən qədim it cinsinin adı...
Maraqlı 01:07Əhəmiyyətli vəzifələri süni intellektə həvalə edə biləcəyikmi?
Texnologiya 00:45Pentaqon öz siyasətini kökündən dəyişir...
Dünya 00:25Tənbəl və ya nümunəvi ailə başçısı..?
Maraqlı 00:16Rusiya iqtisadiyyatı dərin böhran içindədir...
Dünya 00:04Mişustin qiymətləri aşağı salıb istehsalı artırmağa çağırır...
Dünya 11 İyul 23:53Ömrü uzatmağın sadə yolu...
Səhiyyə 11 İyul 23:43Honda Fit-də kiçik dəyişikliklər edir...
Texnologiya 11 İyul 23:35Qədim Antarktika mənzərələrinin qalıqları aşkar edilib…
Maraqlı 11 İyul 23:24Renault kasıb ölkələr üçün yeni krossover təqdim etdi
Texnologiya 11 İyul 23:16İnternetə maraqlı beyin məşqi sızıb…
Maraqlı 11 İyul 23:05Yumor hissinin irsi olub olmadığı məlum olub...
Maraqlı 11 İyul 22:54ABŞ-ın tətbiq etdiyi yeni qəhvə tarifləri Braziliya bazarını silkələyib
Dünya 11 İyul 22:49İstilik vuruşu zamanı nə etməli..?
Səhiyyə 11 İyul 22:45Şimpanzelərin tendensiyaları və dəbi izlədiklərini aşkar edilib..?
Maraqlı 11 İyul 22:34Hamının uğurlarına sevinən böyük aktyor RAHİB ƏLİYEV- 80
Mədəniyyət 11 İyul 22:31“Super Mario” oyunu beyin və psixika üçün yaxşıdır...
Maraqlı 11 İyul 22:26“Taylandlı milyarderin taleyi populistlər üçün dərsdir...”
Dünya 11 İyul 22:15Nissanın ucuz Skoda Octavia rəqibi yeni görünüşdə göstərildi...
Texnologiya 11 İyul 22:04Mariam Kvrivişvili: Azərbaycanda çox məhsuldar görüşlərimiz oldu
Dünya 11 İyul 22:01Güclü süni intellekt sistemləri üçün yeni qaydalar açıqlanır...
Texnologiya 11 İyul 21:55Dinozavrların uçmağı necə öyrəndikləri açıqlanıb…
Maraqlı 11 İyul 21:43Bu ölkələr Pxenyana qarşı əməkdaşlığı bir daha təsdiqləyiblər
Dünya 11 İyul 21:39Uzunömürlülük üçün ən vacib bədən sistemləri adlandırıldı…
Sosial 11 İyul 21:36Rusiya Ukraynada xarici hərbi mövcudluğa qarşıdır...
Dünya 11 İyul 21:24Bakı Ali Neft Məktəbində “Məzun günü” keçirilib
Təhsil 11 İyul 21:21“Zelenski çətin bir qərar verməli olacaq...”
Dünya 11 İyul 21:16Cinayətkar ermənilərin məhkəməsi davam etdirilib...
Siyasət 11 İyul 21:08ABŞ Kanadadan idxal olunan mallara 35 faiz rüsum tətbiq edəcək...
Dünya 11 İyul 21:05Kreml Trampa Ukrayna ilə bağlı yeni təkliflər verir...
Dünya 11 İyul 20:54Qızıl hərarəti: Niyə ölkələr qiymətli metala mərc edirlər..?
Dünya 11 İyul 20:43Hamilə qadınlarda diabet riskini hansı faktorlar artırır?
Səhiyyə 11 İyul 20:36Türkiyə turist itirir: Pik mövsümdə otellərin yalnız 70 faizi dolub...
Turizm 11 İyul 20:25“Bədən üçün stress”: kim saunaya getməməlidir..?
Səhiyyə 11 İyul 20:14Milli Məclisin sədri Srebrenitsa qurbanlarının anım mərasimində...
Siyasət 11 İyul 20:09Yay geyim kodu: istidə qara paltar niyə təhlükəlidir..?
Maraqlı 11 İyul 20:05Kilsədən doğum nisbətini artırmaq üçün sadə bir üsul..?
Dünya 11 İyul 19:54Əcnəbilərin Gürcüstanda qalmaq şərtləri dəyişir
Dünya 11 İyul 19:48Pis hava özünü pis hiss etməyin mümkün səbəblərindən biri ola bilər..?
Səhiyyə 11 İyul 19:43Yerdəki ən qədim zərbə kraterinin əsl yaşı aşkar edilib...
Dünya 11 İyul 19:35“Tərəqqi yolunun başlanğıcı: müstəqil və qüdrətli Azərbaycan naminə”
Heydər Əliyev-100 11 İyul 19:28GİKM gənclər üçün “Şəxsi inkişaf bələdçisi”ni hazırlayır
Sosial 11 İyul 19:24Britaniyaya bir gündə 573 miqrant qanunsuz daxil olub
Dünya 11 İyul 19:18“Çınqız akılı” və “Çınqızın müdrikliyi” kitablarının təqdimatı keçirilib
Mədəniyyət 11 İyul 19:16ABŞ Putinin sarsılmaz mövqeyini bəyan edib..?
Dünya 11 İyul 19:10Londonda 17 mərtəbəli binada yanğın başlayıb
Dünya 11 İyul 19:03“Qarabağ” “Tvente” ilə ilk oyunda əzmkar qələbə qazanıb
İdman 11 İyul 18:59Dünya səyyahları Laçında yaradıcılıq mərkəzləri ilə tanış olublar
Sosial 11 İyul 18:54“Əkinçi” qəzetinin 150 illiyinə ithaf olunmuş kitab nəşr edilib
Təhsil 11 İyul 18:49Serbiya millisinin sabiq futbolçusu Azərbaycan klubuna keçib
İdman 11 İyul 18:46“Trabzonspor”un anlaşdığı futbolçu Türkiyəyə gəlib
İdman 11 İyul 18:44Polis bu şəxslərə xəbərdarlıq edib...
Sosial 11 İyul 18:3520 yaşlı qızın binadan yıxılaraq ölməsi faktı ilə bağlı cinayət işi başlanıb
Hadisə 11 İyul 18:26Konfrans Liqası: “Zirə” – “Hayduk” matçının hakimləri bəlli olub
İdman 11 İyul 18:22İqtisadi Şuranın iclası keçirilib
Siyasət 11 İyul 18:17Şalyapin Buzovanın Kirkorovla qalmaqallı videosundan danışıb...
Şou-Biznes 11 İyul 18:13Budanov Tramp haqqında "daha çox bildiyini" deyib
Dünya 11 İyul 18:07Putin Azərbaycana “meyvə” müharibəsi elan etdi..?
Dünya 11 İyul 17:58Neokolonializmlə MÜBARİZƏNİN YOLLARI - TƏHLİL
Siyasət 11 İyul 17:45Yaşıllıqların qanunsuz kəsilməsinə görə təbiətə 68 min manatdan çox ziyan dəyib
Hadisə 11 İyul 17:28"Araz-Naxçıvan"ın rəqibi Finlandiya millisinin futbolçusunu transfer edib
İdman 11 İyul 17:10Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödənilib
Sosial 11 İyul 17:05SOCAR "e-tender" platformasında təchizatçılar üçün reytinq sistemi tətbiq edəcək
İqtisadiyyat 11 İyul 16:58"Hər eksperiment gələcəkdə daha ciddi problemlərə yol aça bilər" - AYDINLIQ GƏTİRİLDİ
Səhiyyə 11 İyul 16:52Qəbələ musiqi festivalı çərçivəsində Rauf Atakişiyev və Vasif Adıgözəlovun yubileyləri qeyd olunacaq
Mədəniyyət 11 İyul 16:49DSMF sədri Lənkəranda vətəndaş qəbulu keçirib - FOTOLAR
Sosial 11 İyul 16:47Azərbaycan Ukraynaya indiyədək 42 milyon ABŞ dolları dəyərində yardım göstərib
Siyasət 11 İyul 16:46Bahar Muradova Balakəndə vətəndaşları qəbul edib - FOTOLAR
Sosial 11 İyul 16:38Azərbaycanda ən çox informasiya və analitik proqramlar izlənilib - FOTOLAR
MEDİA 11 İyul 16:37Putin yeganə təyyarədaşıyan gəmisini itirdi
Dünya 11 İyul 16:28Baş prokuror vətəndaş qəbulu keçirib - FOTOLAR
Sosial 11 İyul 16:21Düzgün ara məsafəsi saxlamayan sürücülər yol-nəqliyyat hadisəsi törədiblər - NİİM
Sosial 11 İyul 16:13Britaniya və Fransanın süqutu - REALLIQ
Siyasət 11 İyul 16:13Xarici qoşunların Ukraynaya yerləşdirilməsi qəbuledilməzdir - Rusiya
Dünya 11 İyul 16:04Avtobus marşrutlarına onlayn bilet satışı 2 dəfəyə yaxın artıb
İqtisadiyyat 11 İyul 16:00"PSG-Kapital İnvestisiya Şirkəti"nin adı dəyişdirilib
İqtisadiyyat 11 İyul 15:46Makron Fələstinlə bağlı mesaj verdi
Dünya 11 İyul 15:36Ağdam Sənaye Parkında dəmir qapı istehsalı müəssisəsi yaradılacaq
İqtisadiyyat 11 İyul 15:34Azərbaycan millisi Dünya Seriyasında ardıcıl iki qələbə qazanıb
İdman 11 İyul 15:30Növbəti üç gündə havanın maksimal temperaturu 41 dərəcə olacaq
Sosial 11 İyul 15:24"Karvan" Araz Abdullayevi heyətinə qatıb
İdman 11 İyul 15:18İlin ilk beş ayında 1 264 əkiz, 57 üçəm doğulub
Sosial 11 İyul 15:17İşsiz şəxslərin sayı
Sosial 11 İyul 15:15Taliban İrana xəbərdarlıq etdi
Dünya 11 İyul 15:1519 min 783 nikah qeydə alınıb
Sosial 11 İyul 15:15Azərbaycan millisinin qapıçısı "Sabah"dan ayrıldığını açıqlayıb
İdman 11 İyul 15:1325 min 148 ölüm halı qeydə alınıb
Hadisə 11 İyul 15:05Dəniz kənarında ekoloji çirklənməyə yol verən şəxslər cərimələnib
Hadisə 11 İyul 15:04Azərbaycan əhalisinin sayı
Siyasət 11 İyul 15:03AMB iki sığorta şirkətinə icrası məcburi sərəncamlar verib
İqtisadiyyat 11 İyul 15:02Özəl xəbərlər
Digər xəbərlərNeokolonializmlə MÜBARİZƏNİN YOLLARI - TƏHLİL
Siyasət 11 İyul 17:45"Hər eksperiment gələcəkdə daha ciddi problemlərə yol aça bilər" - AYDINLIQ GƏTİRİLDİ
Səhiyyə 11 İyul 16:52Xarici qoşunların Ukraynaya yerləşdirilməsi qəbuledilməzdir - Rusiya
Dünya 11 İyul 16:04Makron Fələstinlə bağlı mesaj verdi
Dünya 11 İyul 15:36
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD 1,7000
0,00%
-
EUR 1,9849
-0,52%
-
GBP 2,3046
-0,38%
-
RUB 2,1912
+0,71%