“Bu, erməni xalqına qarşı cinayətdir” Aksiya iştirakçıları

Ermənistanın Sosial Ədalət Naminə Partiyası hökumət binası qarşısında etiraz aksiyası keçirir. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, aksiyada iştirak edənlər faiz dərəcələrinin azaldılmasını, kredit təşkilatlarının insanları daha ümidsiz vəziyyətə gətirən kredit verməməsi lazım olduğunu açıq şəkildə bildirən qanunvericilik dəyişikliklərini tələb edirlər.

“Siz, bir hökumət olaraq, siyasi iradə göstərməli və bu ciddi problemi həll etməlisiniz. Pandemiya dövründə banklar xalqa qarşı cinayət olan kredit faizlərini qaldırdılar ki, bu, erməni xalqına qarşı cinayətdir. Kredit məzuniyyətini elan edən banklar bu faizi üç aydan dərhal sonra tələb etdilər. Məhkəmə iclaslarının təxirə salınması da vətəndaşların kredit yükünü artırır” deyə etirazçılar hökumətə müraciət edərək Ermənistanın baş nazirinə və Parlament sədrinə məktub göndəriblər.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...