"Bəzi qüvvələr Ermənistanın yanında yer alıblar” ÖZƏL-MÖVQE

"Ermənilər davamlı şəkildə Azərbaycana Suriyadan döyüşçülərin gəldiyi barədə dezinformasiya yayması təsadüfi deyil. Bu əslinə qalanda planlı bir dezinformasiya aksiyasıdır".

"Çünki bilirik ki, Livanda partlayış baş verdikdən sonra Ermənistan dövləti Livan ermənilərinin guya Ermənistanda əslində isə qondarma Dağlıq Qarabağa köçürülməsi prosesinə başladı. Bu gedişatın işığında Ermənistan həm də xaricdəki terrorçu təşkilatların nümayəndələrini (PKK, erməni terror təşkilatları və s.) gətirib Dağlıq Qarabağda yerləşdirməyə başladı. Azərbaycan dövləti də bununla bağlı beynəlxalq ictimaiyyəti məlumatlandırdı, həyəcan təbili çaldı və Ermənistan da görəndə ki, çıxılmaz vəziyyətdədir ona görə də Azərbaycana uydurma bir şey yapışdırmaq üçün hərəkətə keçdi. Bax, bu gün guya Azərbaycana Suriyadan döyüşçülərin gətirilməsi ilə bağlı məlumatın ortaya çıxması da bununla bağlıdır. Yəni Ermənistan öz gözündə tiri görmür amma başqasının gözündə çöp axtarır. Eləcə də dünya ictimai rəyini bu yolla aldatmağa cəhd edir. Təəssüflər olsun ki, Azərbaycanda da bu məsələlərə cavab verməli olan geniş ictimai qurumlar, siyasi partiyalar və s. yetərincə reaksiya vermirlər. Xüsusilə də müxalifətdə dayanan və daim Azərbaycan hakimiyyətini hədəfə alan və yaxud da Azərbaycan dövlətinin milli maraqlarına zidd davranan qüvvələr bu məsələdə təəssüflər olsun ki, dövlətimizin deyil, dezinformasiya yayan, torpağımızı işğal altında saxlayan Ermənistanın yanında yer alıblar”,-deyə, A.Həsrət fikrini tamamlayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...