Boyko Borisov: “Türk axını” ilə Bolqarıstana Azərbaycan qazı da nəql ediləcək” REALLIQ

“Rusiya qazından başqa, “Türk axını”nın davamı olaraq Bolqarıstana Azərbaycan qazı da nəql ediləcək”. SİA “EADaily” agentliyinə istinadən xəbər verir ki, bu barədə Bolqarıstanın baş naziri Boyko Borisov Səudiyyə Ərəbistanının korporativ idarəçilik üzrə neft nazirinin müavini Abed Abdulla ilə qaz kəməri yolunun üzərindən uçuş baxışı keçirərkən deyib.

“Siz bu obyektin nə qədər nəhəng olduğunu və Azərbaycan qazının, sıxılmış Rusiya qazının və başqa qaz növlərinin bizə nəql etmək imkanı yaratdığını görə bilərsiniz”, deyən baş nazir sözügedən mövzunu özünün “Facebook” səhifəsində də paylaşıb.

Bolqarıstanın hökumət başçısı, həmçinin dəqiqləşdirib ki, kompressor stansiyalarında Amerika kompressorları quraşdırılacaq.

“Bolqarıstan qazın paylanması üzrə regional strateji mərkəzə çevriləcək və yanacağın çatdırılması diversifikasiyasına zəmanət verəcək”, Borisov bildirib və qeyd edib ki, qaz kəmərinin böyük qismi tranşeylərə yerləşdirilib və trasda 2,5 min insan və 1400 ədəd texnika çalışır. Avqustun sonunda isə bolqar baş nazir bildirmişdi ki, 274 kilometr qaz kəmərinin 268-i artıq yerləşdirilib və noyabrın sonuna qədər işlər yekunlaşdırılacaq.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə