"Ermənistanın davranışları müharibə anonsudur" Şahin İsmayılov

“Ölkə Prezidenti cənab İlham Əliyev Heydər Əliyev adına Bakı Dərin Özüllər zavodunda Abşeron yatağının dəniz əməliyyatlarının təməlqoyma tədbirindən sonra yerli televiziya kanallarına verdiyi müsahibə zamanı bir sıra vacib məsələlərə toxunmuş, eyni zamanda açıq mesajlar vermişdir. Müsahibənin bütövlükdə Azərbaycan xalqının istəyini ifadə etməsi ölkə başçısı ilə xalq arasında çox sıx münasibətin olmasının göstərcisidir. Azərbaycan xalqının adından danışmaq hüququ olan Prezident Azərbaycan xalqının istəklərinin ifadə etməklə yanaşı, gələcəkdə ölkənin daha uğurlu inkişaf strategiyasının sağlam təməlləri haqqında olduqca vacib mesajlar verdi”. SİA-nın verdiyi məlumata görə, bu fikirləri Milli Məclisin deputatı Şahin İsmayılov deyib.

Ş.İsmayılov bildirib ki, son zamanlar düşmənin azğınlaşması və ölçüsündən böyük, sərsəm ifadələr verməsinə cənab Prezident çox dəqiq və real fikirlər söyləməklə cavab verdi. Burada diqqət çəkən məsələ həm də ondan ibarət idi ki, cənab Prezident açıq şəkildə ermənilər və onların havadarlarına Azərbaycanının heç bir halda münaqişədən çəkinməməsi fikrini çatdırması idi. Həm də, peşəkar diplomat olan ölkə başçısı ifadə etdiyi hər bir sözün mənasını yaxşı bilir, lazım olan anda və yerdə deyir. Cənab Prezident hər zaman qeyd edir ki, Azərbaycan tam müstəqil xarici siyasət yeridir, xarici və daxili siyasətdə əsas olan məsələ ölkənin maraqlarıdır. Həm iqtisadi, həm də hərbi gücü Azərbaycanla müqayisədə çox gülünc görünən Ermənistanın azğınlaşması sadəcə olaraq daxili problemləri ört-basdır etmək cəhdindən başqa bir şey deyil. Azərbaycan sülh və diplomatik həllə sadiqdir. Lakin ATƏT-in Minsk qrupunun uzun illər ərzində fəaliyyətsizliyi həm xalqımızın, həm də ölkə başçısının narazılığına səbəb olub.

Millət vəkilinin sözlərinə görə, danışıqlar xatirinə danışıq aparmaq olmaz. Danışıqların dalana dirənməsi Azərbaycanın öz tarixi torpaqlarını ordu gücünə geri qaytarmasına səbəb olacaq. Dünyanın ilk 50 ordusu sırasında olan Azərbaycan Ordusu çox qısa vaxt ərzində bunu etməyə qadirdir. Bu məsələdə xalqın və ölkə başçısının fikri tam olaraq üst-üstə düşür. Faktiki olaraq danışıq prosesini pozan Ermənistan hakimiyyəti bu məsələni yaxşı təhlil etməlidir. Eyni məsələ bağlı Ermənistanda isə cəmiyyət bir neçə cəbhəyə bölünüb və Paşinyan hakimiyyətinə inam gündən-günə azalır. Küçə eyfariyasından ayılmayan, peşəkar siyasətdən tam uzaq olan Nikol Paşinyan özündən əvvəlki hakimiyyətin səhvlərini kobud şəkildə davam etdirir. Bu səhvlərin nəticəsi isə elə ən yaxşı Paşinyanın özünə məlumdur. Belə davam etsə Paşinyan elə başladığı yerə, yəni küçələrə geri dönəcək. Ölkə başçısı bir məsələni də xüsusi olaraq qeyd etdi ki, yaşanan münaqişədə əsas günahkar erməni xalqı yox, erməni hakimiyyəti günahkardır.

“Reytinqi 20 faizdən aşağı düşən Paşinyan hakimiyyətinin öz xalqının adından qərarlar verməsi böyük suallar doğurur. Ermənistanda yaxşı başa düşürlər ki, onların xilas yolu Azərbaycanla münasibətlərin nizamlanmasından keçir. Münasibətlərin nizamlanmasının isə çox sadə yolu var- Qarabağ və ətraf rayonlardan dərhal çıxmaq. Ölkə başçısı həm də dəqiq informasiya və kəşfiyyat məlumatlarına əsaslanaraq bildirdi ki, Ermənistan və onların havadarları münaqişəyə hazırlaşırlar. Burada iki məsələni vurğulamaq vacibdir. Birincisi, Azərbaycan bölgədə baş verən istənilən hadisə barəsində xəbər tutur, ikincisi, hər hansı bir məsələyə münasibətdə qabaqlayıcı və vaxtında addımlar atılır. Bu məsələdə Azərbaycan xalqı öz seçimini edib. Xalq Prezidentin yanındadır, Ali Baş Komandan isə tarixi şanlı qələbələrlə zəngin olan Azərbaycan xalqına inanır. Bir məsələ aydındır ki, əgər hər hansı kiçik bir münaqişə baş versə bu, Ermənistan üçün yaxşı heç nə vəd etmir. Beynəlxalq fondların əlində alət olan Paşinyan çətin ki, xalqının maraqlarına uyğun qərarlar verə. Onun üçün əsas olan ağalarının tapşırıqlarıdır. Azərbaycan xalqı Ali Baş Komandanın əmrinə hazırdır. Biz mütləq işğal altında olan torpaqlarımızı qaytaracağıq. Ya hərbi, ya da sülh yolu ilə!”-deyə, deputat söyləyib. yap.org.az

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə