Həbib ermənilərin qarşısında MÜNTƏZİR dayanıb FOTO + FAKTLAR

“Meydan TV”nin ermənilərlə iş birliyini sübut edən daha bir fakt ortaya çıxıb

“Meydan TV”nin açıq-aşkar erməni lobbisi ilə əlbir olduğunu sübut edən daha bir fakt üzə çıxıb. SİA xəbər verir ki, bu barədə növbəti faktı YAP Gənclər Birliyinin “Facebook” sosial şəbəkəsi təqdim edib. Məlumata görə, Avropada “siyasi mühacir” adı altında fəaliyyət göstərən və Azərbaycan dövlətinin əleyhinə iş aparan, buna görə bəlli anti-Azərbaycan məqsədli dairələrdən maliyyə dəstəyi görən Həbib Müntəzir təxribatçılıq, dezinformasiya xarakterli məlumatlarını erməni seqmentlərinə də göndərir. Belə ki, dövlətçilik maraqlarına qarşı xəyanət yolunu tutan bu ünsür sanki feyk xəbərləri ilə Fransada oturub eyni addımları atan AXCP və “Milli Şura”nın üzvü Qənimət Zahidlə yarışmaya girib.

Ermənilərlə Həbib Müntəzir sinxron fəaliyyət göstərir

Təqdim edilən fotodan da göründüyü kimi, Həbib Müntəzir "Facebook" və "Twitter" hesablarında yoxlanılmamış informasiya yaymaqla süni ajiotaj yaratmağa çalışıb. Söz yox ki, düşmən ermənilər də dərhal onların qarşısında müntəzir dayanmış Həbibin feyk xəbərindən dərhal yararlanaraq, məhz ona istinad ediblər. Bu amil də sübut edir ki, ermənilərlə Həbib Müntəzir sinxron fəaliyyət göstərirlər. Çox yəqin ki, adıçəkilən ünsür bu saxta xəbərinə görə də müəyyən məbləğdə pul alıb.

Xatırladaq ki, Həbib Müntəzirin fəaliyyət göstərdiyi “Meydan TV” vaxtilə saxta erməni soyqırımını tanıyan informasiyalar yaymaqla yanaşı, eyni zamanda, işğal altındakı ərazilərimizi qondarma “DQR” olaraq göstərib. Bu baxımdan, əlavə şərhə də ehtiyac qalmır.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə