Rusiyanın Çelyabinsk vilayətində 7 may 2011-ci il tarixində baş vermiş meşə yanğını məhdudlaşdırılıb. SİA-nın "İTAR-TASS" agentliyinə istinadən verdiyi xəbərə görə, alov ümumilikdə 900 hektar meşə sahəsini məhv edib. Yanğınla mübarizəyə xeyli sayda texnika və canlı qüvvə cəlb edilib. Hazırda yaxınlıqdakı yaşayış məntəqələri üçün təhlükə yoxdur.
Qeyd edək ki, yanğın "Rosatom" Dövlət Korporasiyasının nüvə silahı kompleksinə aid "Mayak" istehsalat birliyinin yaxınlığında, radioaktiv fonun yüksək olduğu ərazidə baş verib. Hadisənin xüsusi nəzarətə götürüldüyü bildirilir.
Xatırladaq ki, "Mayak" istehsalat birliyində 1957-ci ilin 29 sentyabr tarixində qəza baş verib. Nəticədə, radioaktiv maddələr 300 km məsafədə yayılıb ki, bu da 200 insanın ölümünə, minlərlə insanın şüalanmasına səbəb olub. Ətraf ərazilərdə olan 217 yaşayış məntəqəsinin əhalisi köçürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB