Polşanın paytaxtı Varşava şəhəri yaxınlığında tekstil məmulatlarının saxlandığı anbarlarda güclü yanğın baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, alov "Volka Kasovska" adlanan ərazidə qeydə alınıb. Son məlumata əsasən, yanğının ümumi sahəsi 10000 m2 təşkil edir. Ərazidə həmçinin, xeyli sayda ofis binalarının da yerləşdiyi bildirilir. Havaya qalxan tüstünün insan sağlamlığı üçün zərərli olduğu ehtimal olunur.
Təhlükəsizlik tədbirləri çərçivəsində yaxınlıqda yerləşən yaşayış evlərindən sakinlərin təxliyyəsi həyata keçirilib. Hadisə yerinə xeyli sayda texnika və yanğınsöndürən cəlb edilib. Ərazidə müvafiq işlər görülür. Yanğının başvermə səbəbi barədə məlumat verilmir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB