40 illik yuxu gerçək olacaq
Türkiyənin Gümüşhane Kelkit mahalında 40 ildir istehsalı gözlənilən Sadak Anbarının cümə günü təməlqoyma mərasimi keçiriləcək. SİA-nın xəbərinə görə, mərasimdə ətraf və meşə naziri Veysəl Eroğlunun da iştirak edəcəyi gözlənilir. 4 ildə tikilib başa çatdırılması planlanlaşdırılan sulama məqsədli anbarın fəaliyyətə başlaması ilə bölgədə əkinçilik və heyvandarlığın böyük nisbətdə inkişaf edəcəyi bildirilib.

Gümüşhane Kelkit mahalından 31 kilometr uzaqlıqdakı Sadak kəndi sərhədlərini əhatə edəcək Sadak Anbarının istehsalı 1970-ci illərdə gündəmə gəlib. Anbarın inşasına edilən etirazlar səbəbindən tikinti heç cür reallaşmayıb. Müxtəlif səbəblərdən tikintisi təxirə salınan anbarın təməli cümə günü ətraf və meşə naziri Veysəl Eroрlunun da qatılacağı bir mərasimdə atılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə