“Son iki ildə ictimaiyyətin ümidləri doğrulmadı. Hakimiyyət hər yerdə uğursuz oldu”. SİA erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistanın üç əsas müxalifət təşkilatları – “Çiçəklənən Ermənistan”, “Daşnaksyutun” və “Vətən” partiyası birgə bəyanatlarında yayıb.
Bəyanatda bildirilir: “Ölkənin inkişafı təhlükə altındadır. Hakim siyasi qüvvə dövlətçilik çağırışlarına cavab verə bilmədiyini sübut edib”.
Həe üç siyasi müxalifət partiyaları ölkədə yaranmış vəziyyəti qiymətləndirərək, milli hakimiyyətin qurulmasının qaçılmaz olduğunu, keyfiyyətcə yeni ümumdövlətçilik mitinqi keçirmək qərarı verdiklərini bəyan ediblər. Mitinq oktyabrın 8-də İrəvanın “Azadlıq” meydanında keçiriləcək.
Müəllif: Rövşən
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB