Deputat Neftçilərin peşə bayramını təbrik edib - AÇIQLAMA

"Bu gün həyatımızın elə bir sahəsi yoxdur ki, orada neftçilərin əməyi olmasın. Müasir təhsil və səhiyyə müəsisələri, 17 min kilometrdən çox avtomobil yolları, müasir su təminatı, kosmoda peylklərimizin olması, beynəlxalq enerji və tranzit marşurutların meydana gəlməsi, aqrar sahənin sürətli inkişafı, yeni sənaye müəsisələrin meydana gəlməsi, elektrik enerjinin istehsalına və paylanmasına yeni həyat verilməsi, insanların sosial vəziyyətinin yaxşılaşması, ordumuzun güclənməsi, ölkəmizin iqtisadi müstəqilliyimizin güclənməsində, beynəlxalq mövqelərimizin möhkəmlənməsində ,pandemiyaya qarşı uğurlu mübarizədə və həyatımızın digər sahələrində məhz neftçilərin dövlətimizə qazandırıdğı milyardlarla dollar maliyyə resurslarımız dayanır". SİA-nın məlumatına görə, bunu açıqlamasında Milli Məclisin üzvü Azər Badamov deyib. Deputat bildirib ki, 1994-cü il 20 sentyabrda imzalanan Əsrin Müqaviləsi neftçilərin əməyinin düzgün və daha səmərəli dəyərləndirməsinə imkan verib: "Neftçilər havanın boranlı-qarlı, isti-soyuq olmasına baxmayaraq açıq dənizdə və quruda gecə-gündüz, fasiləsiz iş başındadırlar. Neft yerin altında təbii ehtiyat olaraq dəyərsiz qalır. Amma istehsal olunanda qızıla çevrilir. Qara nefti qızıla çevirən neftçilərdir. Sizlər əsil qəhrəmansınız. Əziz neftçilər . Peşə bayramınızı təbrik edirəm. Sizlərə can sağlığı, firəvanlıq və ulu öndər Heydər Əliyevin əsası qoyduğu neft strategiyasının president İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilməsində uğurlar arzulayıram. Bayramınız mübarək!".
Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə