Nigeriyada sərnişin avtobusunun çaya düşməsi nəticəsində azı 14 nəfər ölüb

Nigeriyanın Eboniyi ştatında sərnişin avtobusu çaya düşüb.

SİA "TASS" agentliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində azı 14 nəfər ölüb, daha 13 nəfər isə itkin düşmüş sayılır.

Bildirilir ki, avtobusda 32 nəfər olub. Ştatın qubernatoru hadisə yerinə gedib.

Hadisənin baş vermə səbəbi araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə