Əli Bilgə Cankorel: “İqtidar-müxalifət dialoqunun baş tutması üçün YAP-ın razılığı alınıb”
ATƏT-in Bakı Ofisi iqtidar-müxalifət dialoqunun baş tutacağına inanır. SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında ATƏT-in Bakı Ofisinin rəhbəri Əli Bilgə Cankorel deyib. ATƏT rəsmisinin sözlərinə görə, dialoqla bağlı hakim Yeni Azərbaycan Partiyasının razılığı alınıb: "Biz dialoqun baş tutmasının tərəfdarıyıq. Yaxın günlərdə və yaxud aylarda bunun baş tutmasına çalışacağıq".
Qeyd edək ki, martın 7-8-də ATƏT-in Bakı Ofisi iqtidar və müxalifət partiyalarının dialoqunun keçirilməsini palanlaşdırmışdı. Lakin tərəflərə görə dialoq baş tutmayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB