Müxalifətin "Tofiq Yaqublu təbliğatı" fiaskoya uğradı - ŞƏRH

Məlum olduğu kimi, Bakı Apellyasiya Məhkəməsində Müsavat partiyasının üzvü Tofiq Yaqublunun barəsindəki hökmdən verilən şikayətə baxılıb. Məhkəmə şikayəti təmin edib, Tofiq Yaqublu ev dustaqlığına buraxılıb.

Qeyd edək ki, T.Yaqublu xuliqanlıqda təqsirli bilinərək Nizami rayon Məhkəməsinin hökmü ilə 4 il 3 ay azadlıqdan məhrum edilib. Əlbəttə, Azərbaycan hüquqi dövlətdir və hər kəs qanun qarşısında bərabərdir. Amma bu hadisədən "dərin" narahatlıq keçirən, vurnuxaraq içindəki xəyanəti daha qabarıq formada büruzə verən müxalifətin radikal qanadının baş ideoloqu, AXCP sədri Əli Kərimlinin hazırladığı bütün planlar bu dəfə də fiaskoya uğradı. İstəklərinin əksinə olaraq məhkəmə məhkumun sağlamlıq durumunu nəzərə alıb fərqli qərar verdi, T.Yaqublu ev dustaqlığına buraxıldı.

Əslində, Ə.Kərimli və yandaşlarının dövlət, dövlətçilik, milli maraqların əleyhinə yönələn mövqeyinə ən tutarlı cavabı xalq verib. Xalq radikal müxalifətin kim olduğunu yaxşı bilir. Və onu da bilir ki, T.Yaqublunun Qarabağ qazisidir, amma bir şeyi unutmaq olmaz ki, Azərbaycan hüquqi dövlətdir. Hüquqi dövlətdə əsas prinsip qanunun aliliyidir. Tofiq Yaqublunun həbsi konkret olaraq, bir insidentlə bağlıdır. Məhkəmənin hökmü ilə 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Təkrar edirik, T.Yaqublu, müxalifətin sosial şəbəkələrdə yaydığı kimi təzyiq nəticəsində azad edilmədi, onun sağlıq durumunu nəzərə alan məhkəmə humanistik nümayiş etdirərək qərar verdi.

Göründüyü kimi, dövlət öz üzərinə düşən vəzifəni qanunlar və humanizm prinsiplərinə uyğun olaraq yerinə yetirir. Radikallar isə T.Yaqublunun düşdüyü ağır durumdan öz çirkin niyyətləri üçün istifadə edir, ondan faydalanmağa çalışır, onu alətə çevirir. Bir sözlə, radikal müxalifət düşdüyü siyasi komadan T.Yaqublu “faktoru” ilə də çıxa bilmədi.

Bir sözlə, xalqın dəstəyindən tamamilə məhrum olan, nüfuzunu, sosial dayaqlarını və ictimai-siyasi proseslərə təsir imkanlarını tamamilə itirmiş müxalifətin radikal qanadı ənənəvi inkarçı və qərəzli mövqedən çıxış etsə də, çox gözəl anlayır ki, ictimai dayaqları hər keçən gün güclənən, xalqın etimadını qazanan hakimiyyətin uğurlarına kölgə sala bilməyəcəklər. Bu gün Azərbaycan cəmiyyətinin bütövlüyü və monololitliyi təmin olunmuş və insanlarda uğurlu gələcəyə nikbin baxış formalaşmışdır. Buna görə də, erməni sevdalısı olan radikal müxalifətin anti-Azərbaycan təbliğatının fiaskoya uğrayacağı kimsədə şübhə doğurmur.

Rəfiqə HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...